EMEÇ Sәlim Rәqib (1899, İstanbul – 1970, İstanbul) – türk jurnalisti. İstanbul Un-tinin hüquq fakültәsini bitirdikdәn sonra (1920) jurnalist fәaliyyәtinә başlamış, “Vakit” vә “Tәrcümәn-i hәqiqәt” qәzetlәrinә mәqalә, reportaj vә hekayәlәr yazmışdır. “Son posta” (1930–60), “Son saat” (Hakkı Tarık Us ilә birgә) qәzetlәrini
buraxmışdır. Bursa, sonralar İzmirdәn TBMM-nә millәt vәkili seçilmişdir (1950–60). Qәzet Sahiblәri Sindikatının vә Mәtbuat Cәmiyyәtinin qurucularından biri olmuşdur.