EMFİTEVZİS (yun. εμπηψτευσισ, emphyteuo sözündәn – calaq edirәm, әkirәm) – bir sıra antik dövlәtlәrdә (ellinist Misir, Yunanıstan, Roma) torpaq sahәlәrinin uzunmüddәtli icarә növü. E. icarәdara torpaqdan tәsәrrüfat mәqsәdilә istifadә etmәk, mәhsul toplamaq, torpaq sahәsinin varisә ötürülmәsi, girov vә müәyyәn şәrtlәrlә bağışlamaq vә satmaq hüququ verirdi. Sahә icarәdarı qabaqcadan müәyyәnlәşdirilmiş icarә haqqını hәr il mülkiyyәtçiyә ödәmәli, dövlәt vergilәrini vermәli idi. Adәtәn E. hüququnda dövlәt xәzinәsinә, imperatorlara, şәhәr icmasına mәxsus becәrilmәmiş torpaqlar tәqdim edilirdi. E. Bizansdakı, hәmçinin Qәrbi Avropanın bir sıra feodal dövlәtlәrindәki icarә münasibәtlәrinә tәsir göstәrmişdi.