ƏKİNÇİLİK QANUNU – Bizans hüququ abidәsi; ehtimal ki, 7– 8 әsrlәrin ayrıcında Kiçik Asiyada tәrtib olunmuşdur. Bir sıra Roma hüquq normalarından, hәmçinin Bibliyanın bәzi müddәalarından istifadә etmәklә adәt hüququnun qeydә alınmasıdır. Bәzi xüsusiyyәtlәrinә görә Barbar qanunnamәlәrinә yaxındır. Ə.q. 7 әsrdә Bizansa slavyan vә b. xalqların müdaxilәsindәn son ra Bizans kәndinin öyrәnilmәsi üçün mühüm mәnbәdir.