Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    EMFİZEMATOZ KARBUNKUL

    EMFİZEMATOZ KARBUNKUL – (lat. Gangraena emphysematosa, Sarcophysema haemorrhagicum), e m k a r, s i m p t o m a t i k  k a r b u n k u l, k ü y l ü  k a r b u n k u l – qaramalın kәskin infeksion qeyri-kontagioz xәstәliyi. Әzәlәlәrin çatırtılı şişkinliyi, heyvanın axsaması vә tez ölümü ilә xarakterizә olunur. E.k. maldarlara qәdimdәn mәlum idi. Qırğız.-da çobanlar bu xәstәliyi qarayaradan fәrqlәndirә bilir, bunu kara-zan (qara dәri) adlandırırdılar. E.k.-u ilk dәfә 1870 ildә F. Şaber tәsvir etmiş vә onu qarayaradan fәrqlәndirmişdir. Törәdicisi Clostridium chauvoei (B. chauvoei) anaerob mikrobudur. Sporları torpaqda, suda, kiçik su hövzәlәrinin lilindә uzun müddәt yaşaya bilir. Heyvanlar otlama dövründә, әsasәn, isti vә quraq aylarda tikanlı otları kökündәn çıxarıb yedikdә yoluxur. Xәstәliyin әsas yoluxdurucusu E.k.-lu heyvanlardır. Sporları yem vә su vasitәsilә hәzm yoluna düşüb qana, hәmçinin әzәlәlәrә vә dәrialtı toxumaya keçir. Sporun mikrobu günәş şüaları altında 24 saat, çürüyәn әzәlәlәrdә isә 6 ay mәhv olmur. İnkubasiya dövrü 1–3 (bәzәn 5) gündür. İlk kliniki әlamәt axsamadır. Sporlar çoxalaraq toksin vә aqressinlәr ifraz edir, toxumanın şişmәsinә vә nekrozuna sәbәb olur. Heyvanın tempru qalxır, ürәk fәaliyyәti zәiflәyir, tәngnәfәsliyi artır, gövşәmir, ağzının suyu axır. Orqanizm zәiflәmişsә, E.k. sepsis şәklindә, karbunkul әmәlә gәlmәdәn tәzahür edir. Vaxtında yardım göstәrilmәzsә, heyvan 10–60 saat әrzindә ölür. Bәzәn, xüsusilә qoca heyvanlarda ödem әmәlә gәlmir, klinik göstәricilәri cüzi olur vә heyvan sağalmağa başlayır; bәzәn dә proses ağız boşluğunda yayılaraq udlağı vә hәmçinin
    dili zәdәlәmәklә qulaq seyvanı nahiyәsindә çatırtılı şişlәrlә müşayiәt edilir. Karbunkul әmәlә gәlmәdәn heyvanların bir neçә saat әrzindә ölmәsi hallarına da rast gәlinir. E.k.-dan şübhәlәndikdә xarici mühiti yoluxdurmamaq mәqsәdilә heyvanın cәsәdi yandırılır. Xәstәliyi törәdәn amil lәrdәn biri istifadә edilәn әşyalar vә yemdә olan infeksiyalardır. Cavan qaramalda tez-tez, qoyun vә keçilәrdә isә daha az müşahidә olunur. Qaramal yaşlandıqca xәstәliyә qarşıhәssaslığı azalır.
    P r o f i l a k t i k a v ә m ü b a r i z ә t ә d b i r l ә r i: yoluxmuş bataqlıq otlaqları, su hövzәlәrini qurutmaq; heyvanları yalnız immunizasiya keçirildikdәn 2 hәftә sonra otlağa buraxmaq; 2 dәfә (3 vә 6 aylığında) peyvәnd etmәk. D i a q n o z epizootoloji mәlumatlara, kliniki әlamәtlәrә, patoloji-anatomik dәyişikliklәrә, bakterioloji tәdqiqat nәticәlәrinә әsasәn qoyulur. M ü a l i c ә s i çox vaxt sәmәrәsiz olur. Antibiotiklәr tәtbiq edilir, E.k. olan tәsәrrüfatlarda karantin qoymaq (heyvan sağaldıqdan 14 gün sonra karantin lәğv edilir), xәstә heyvanları ayırıb müalicә etmәk, qalan heyvanlara vaksin vurmaq; xәstә vә ölü heyvanın olduğu yeri ağardıcı әhәng mәhlulu ilә yumaq; xәstә heyvanın peyinini dezinfeksiya edib yandırmaq; cәsәdlәri yandırmaq vә 2 m dәrinlikdә basdırmaq.
    Әd.: К о л я к о в А.Е., Ветеренарная микробиология, 3 изд., M., 1965; К а г а н Ф.И., К о л е с о в а А.И., Емфизематорный карбункул, в кн.: Диагностика инфекционных и протозойных болезней сельскохозяйственных животных, M., 1968.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV