ƏKİNÇİLİK SİSTEMİ – torpağın münbitliyini artırmaq, ondan sәmәrәli istifadә etmәk mәqsәdilә yerli tәbii-iqtisadi vә torpaq-iqlim şәraitinә uyğun olan texnoloji, meliorativ tәşkilati tәdbirlәr kompleksi. İnkişaf dәrәcәsinә görә 4 qrupa bölünür: p r i m i t i v (ibtidai), ekstensiv, keçid, i n t e n s i v.
P r i m i t i v Ə.s.-ndә yalnız torpağın tәbii münbitliyindәn istifadә edilirdi vә әkinçiliyin ilk dövrlәri üçün sәciyyәvi idi. Meşәәtrafı yerlәrdә meşәlәri qırıb yandırmaqla, düzәn yerlәrdә isә “köçәri әkinçilik” yolu ilә yeni xam torpaqlardan yararlanmaqla әkin sahәlәrindәn primitiv
üsullarla istifadә olunurdu. Nәticәdә meşә sahәlәri kәskin azaldığından heyvandarlığın inkişafında lәngimәlәr baş verdi. Hәmçinin meşә altından çıxan torpaqlar 2–3 il dәn sonra az mәhsul verdiyi üçün әkinçi yenidәn meşәlәri qırıb tәzә torpaq sahәlәri әldә edirdi. Sonralar isә torpaq üzәrindә xüsusi mülkiyyәtin yaranması qismәn dә olsa meşәlәrin qırılmasının qarşısını aldı vә tәdricәn boş torpaqlar qalmadığı üçün kәndlilәr buraxılmış әvvәlki torpaqlara qayıdırdılar. Belәliklә, xam becәrmә sistemi, yәni torpağın uzun müddәt dincә qoyulması, onun nisbәtәn qısa müddәtә dincә qoyulması sistemi ilә әvәzlәnirdi. Ə.s. cә miyyәtin inkişafı ilә uyğunlaşmadığı üçün öz yerini yeni ekstensiv әkinçiliyә verdi.
E k s t e n s i v Ə.s. әkinçiliyin sonrakı mәdәni inkişaf vә tәkmillәşmә mәrhәlәsi olmuşdur. Xam torpaq sahәlәrinin qıtlığı, әkinә yararlı torpaqların azalması, әmtәәlik toxum mәhsuluna tәlәbatın artması kәndlilәri herik yerlәri daha intensiv әkmәyә mәcbur edirdi. Torpaqların bir neçә illiyә dincә qoyulmasının mümkünsüzlüyü nәticәsindә ibtidai әkinçilik yeni herik-taxılçılıq әkinçiliyi ilә әvәzlәnirdi. Kәndlilәr bitkilәrin yerini dәyişmәklә, torpaqları münbitlәşdirәrәk әkib-becәrmәyi bacarırdılar. Belә Ə.s.-nin tәtbiq edildiyi ilk dövrlәrdә heyvandarlığın yem bazası, әsasәn, tәbii otlaqlar vә biçәnәklәr hesabına yaradılırdı, lakin inkişafda olan heyvandarlıq yemlә tәmin edilmәdiyindәn yeni – keçid Ə.s. meydana çıxdı.
K e ç i d Ə.s. kapitalizmin sürәtli inkişafı gedişindә k.t. mәhsulları istehsalını artırmaq mәqsәdilә yarandı. Herik-taxıl әkinçiliyi yaxşılaşdırılmış yeni taxıl әkinçiliyi ilә әvәz olundu. Taxıl sahәlәrinә üzvi gübrә verilәrәk, optimal becәrmә tәdbirlәri görüldü. Torpağı qidalı maddәlәrlә tәmin etmәk mәqsәdilә siderasiya sistemi tәtbiq olunmaqla münbitlik yaradıldı. A q r o n o m i y a n ı n sonrskı inkişafı növbәli әkin sistemindә ottarlalı әkin sisteminin yaranmasına vә mәhsuldarlığın yüksәlmәsinә sәbәb oldu.
İ n t e n s i v Ə.s. 18 әsrin ortalarından Qәrbi Avropa ölkәlәrindә toxumdәyişmә sistemi kimi yarandı. Artıq ölkәlәr bir-biriilә seleksiya yolu ilә yaradılmış yeni mәhsuldar bitki sortlarının toxumlarını mübadilә etmәklә geniş sahәlәri әkib-becәrirdilәr. İlkin toxumçuluq tәsәrrüfatları yarandı. Sırf toxumçuluq tәsәrrüfatları k.t. mәhsulları istehsal edәn texniki vә yem bitkilәri becәrәn tәsәrrüfatlarla әvәz olundu. Bu, az vәsaitlә bol mәhsul әldә etmәyә imkan verirdi. İntensiv Ə.s.-ndә әkin dövriyyәsinin tәşkili, torpağın becәrilmә vә gübrәlәmә sistemi, alaqlara, xәstәlik vә zәrәrvericilәrә qarşı mübarizә, toxumçuluğun tәşkili, m e l i o r a s i y a vә s. tәtbiq edilir. Bu tәdbirlәr bütün tәbii-iqtisadi zonalar üçün eyni olmadığından hәr bir konkret şәrait üçün xüsusi tәdbirlәr sistemi tәlәb olunur.