Şimali İtaliyada vil. Bolonya, Ferrara, Forli-Çezena, Modena, Parma, Pyançentsa, Ravenna, Reco-nel-Emiliya, Rimini әyalәtlәrindәn ibarәtdir. Sah. 22,1 min km2. Әh. 4,35 mln. (2012). İnz. m. Bolonya ş.-dir. Vil. Padan ovalığının c. hissәsini vә Toskana-Emiliya Apennin d-rının şm. yamaclarını (Çimone d., 2165 m) tutur. Po çayı sistemi vә sıx kanal şәbәkәsi var. Vil.-dә yeyinti (xüsusilә şәkәr) vә yüngül sәnaye inkişaf etmişdir. Metallurgiya, metal emalı, k.t. maşınqayırması, kimya, ağac emalı, toxuculuq sәnayesi müәssisәlәri var. Әsas sәnaye mәrkәzlәri: Reco-nel-Emiliya, Bolonya, Modena. Şelf zonasında neft, tәbii qaz hasil edilir. Taxıl, şәkәr çuğunduru, çәtәnә әkilir. Üzümçülük, әtlik-südlük heyvandarlıq inkişaf etmişdir.
Емилийа-Романийа. Чимоне даьы.