Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    EMİN PAŞA

    EMİN PAŞA (әsl adı vә soyadı Eduard Şnitser) [28.3.1840, Prussiya (indiki Polşa), Oppeln k. – 23.10.1892, Kanem (indiki Çad)] – alman sәyyahı, Osmanlı dövlәt xadimi. Yәhudi ailәsindә doğulmuşdur. Breslau vә Ber lin dә tibb üzrә tәhsil almışdır. 1864 ildә Osmanlı imperiyasının tәrkibindә olan Albaniyada baş vermiş vәba epidemiyası ilә әlaqәdar buraya gәlmiş, xәstәliyә qarşı mübarizәdә şücaәt göstәrdiyinә görә minbaşı tәyin olunmuşdur. Osmanlı imperiyasında xidmәt etdiyi illәrdә (1865–74) islamı qәbul etmiş, Mәhәmmәd әl-Emin adını götürmüşdür. 1876–78 illәrdә Sudandakı Ekvatorial әyalәtinin idarәsindә mәmur olmuşdur. 1879 ildә Misir xәdivi E.p.-nı Ekvatorial әyalәtin qubernatoru tәyin etdi; hәmin il ona “bәy”, 1888 ildә isә “paşa” rütbәsi verildi. 1877–88 illәrdә E.p. Ağ Nilin yuxarı axarına vә Böyük göllәrә (Şәrqi Afrika) ekspedisiyalar tәşkil etmiş, hәmçinin coğrafi vә etnoqrafik tәdqiqatlar aparmışdır. Bu ekspedisiyalar İngiltәrәnin hәmin әrazilәrdә ekspansiya planlarının reallaşması üçün zәmin olmalı idi. 1885 ildә mehdiçilәr Xartumu tutduqdan vә İngiltәrә – Misir qoşunları Şimali Sudandan çәkildikdәn sonra E.p.-nın ekspedisi yasının Misirlә әlaqәsi kәsildi. 1889 ildә onun kömәyinә göndәrilmiş Stenlinin ekspedisiyası ilә birlikdә Şәrqi Afrika sahillәrinә çıxdı. 1890 ildә E.p. Almaniya hökumәtinә xidmәtә başladı vә Almaniya Şәrqi Afrikası ilә Kamerun arasındakı әrazilәrdә Almaniyanın tәsirini yaymaq mәqsәdilә başlanmış ekspedisiyaya rәhbәrlik etdi. Hәmin ekspedisiya zamanı hәlak olmuşdur. E.p.-nın gündәlik lәri (“Die Tagebücher von Dr. Emin Pascha”, Bd. 1–4, 6, Braunschweig –Hamb., 1919–27) 19 әsrin sonunda Şimal-Şәrqi Afrikada İngil tәrә vә Almaniya müstәmlәkә ekspansi yalarının tarixini öyrәnmәk baxımından maraq doğurur. E.p. Os manlı dövlәtindә qulluq etdiyi dövrdә xәs tәxanalar açdırmış, әsir alınmış zәn cilәrin qul bazarında satılmasına qarşı çıxmışdır. Ornitologiya vә etnoqrafiyanın inkişafında xidmәtlәri olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV