ƏKPƏROV Zeynal İba oğlu (d. 28.9.1952, Cәlilabad r-nunun Privolnoye k.) – Azәrb. genetiki, k.t.e.d. (2010). AMEA-nın m. üzvü (2014). Əmәkdar elm xadimi (2015). Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunu bitirmişdir (1978). Azәrb. Elmi Tәdqiqat Əkinçilik İn-tunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vә elmi işlәr üzrә direktor müavini işlәmişdir (1982–2002). 2002 ildәn AMEA Genetik Ehtiyatlar İn-tunun direktorudur. Tәdqiqatları bitkilәrdә genetik müxtәlifliyin öyrәnilmәsinә, onların toplanması, mühafizәsi, sәmәrәli istifadәsinә vә yeni sortların yaradılmasına, becәrilmә texnologi yasının işlәnib hazırlanmasına hәsr edilmişdir. Azәrb.-da genetik ehtiyatlar sahәsindә elmi fәaliyyәti istiqamәtlәndirmiş, genetik müxtәlifliyi qiymәtlәndirәn, onları etibarlı mühafizә vә sәmәrәli istifadә edәn modellәr, yeni metodologiyalar hazırlamışdır. Azәrb. Milli genbankının genetik ehtiyatlar üzrә Milli şәbәkәsinin yaradılması Ə.-un adı ilә bağlıdır. 170 elmi әsәrin, o cümlәdәn 3 monoqrafiyanın müәllifidir. Elmi kadr hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: А л и е в Дж. А., А к п е р о в З.И. Фотосинтез и урожай сои. М., 1995; Ə l i y e v C.Ə., Ə k p ә r o v Z.İ., Mәmmәdov A.T. Bioloji müxtәlif lik. B., 2008; Bitki genetik ehtiyatlarının mühafizәsinin elmi әsasları. B., 2009.