EMİSSÁR (lat. emissarius – göndәrilmiş adam) – bir dövlәt tәrәfindәn digәrinә müәyyәn, adәtәn, gizli missiya ilә göndәrilәn agent. E.-ın missiyası, bir qayda olaraq, rәsmi xarakter daşımadığından, “E.” termini xarici münasibәtlәr sahәsindә fәaliyyәt göstәrәn dövlәt orqanlarına aid müasir beynәlxalq hüquq terminologiyasına daxil deyil.