EMİSSİYA (lat. emissio – “buraxılma”) – pul vәsaitlәri vә qiymәtli kağızların dövriyyәyә buraxılması. Pul vәsaitlәrinin E.-sı qanunvericiliklә tәnzimlәnir vә dövlәt tәrәfindәn hәyata keçirilir ki, o da bu funksiyanı mәrkәzi bank vә xәzinә arasında bölüşdürür. Mәrkәzi bank kredit pullarını – bank biletlәrini (banknot), xәzinә isә xәzinә biletlәrini vә xırda pulları buraxır.
Müxtәlif ölkәlәrdә dövlәt banknot larının E. qaydaları fәrqlidir vә banknot buraxılışına tәminatın prinsip vә formaları özünәmәxsus E. sistemlәri ilә hәyata keçirilir.
20 әsrin әvvәllәrindә bank E.-sının qızıl tәminatı әvvәlki әhәmiyyәtini itirmәyә başladı vә E.-nın pul-veksel tәminatının kәskin böhranı ilә әlaqәdar pul dövriyyәsinin elastikliyinin tәminatı problemi ön plana keçdi. Birinci dünya müharibәsi qızıl tәminatı olmayan kağız pulların әhәmiyyәtli dәrәcәdә artmasına gәtirib çıxardı.
Dövlәt qiymәtli kağızları bank E.-sının tәminatının başlıca vasitәsinә çevrildi, yәni kağızlar digәr kağızlarla mühafizә olunurdu. E.-nın belә kağız tәminatı inflyasiyaya geniş yol açdı.
Sәnaye, ticarәt, k.t., xidmәt sferası, kredit vә maliyyә sahәlәrindә qiymәtli kağızların (sәhm, istiqraz) E.-sını xüsusi vә dövlәt sәhmdar şirkәtlәri, hәmçinin dövlәt özü hәyata keçirir.