EMİTENT (ing. emitter) – tәdavülә qiymәtli kağızlar, pul nişanları, tәdiyә-hesablaşma sәnәdlәri buraxan dövlәt (hökumәtin yerli vә mәrkәzi orqanları timsalında), özәl şirkәtlәr, müәssisәlәr. Mәrkәzi banklar pul nişanları, dövlәt borc istiqrazları, xәzinә veksellәri vә s. emissiya edir. Öz fәaliyyәtlәrini kreditlәşdirmәk üçün borc vәsaiti cәlb etmәk mәqsәdi ilә qiymәtli kağızların emissiyasını hәyata keçirәn kommersiya bankları vә sәhmdar cәmiyyәtlәr dә әnәnәvi E. rolunu oynayırlar.