EMMETROPÍYA (yun. εμμετρος – mütәnasib + óps – göz) – normal görmә; ametropiyalı (qeyri-mütәnasib) gözdәn fәrqli olaraq gözün normal (mütәnasib) refraksiyası. Ametropiyada gözün optik sisteminin gözә düşәn paralel işıq şüalarını tor qişa fokusunda toplama qabiliyyәti olmur. Bax Yaxındangörmә, Uzaqgörmә.