EMOSİYA (fran. emotion, lat. emoveo – hәyәcanlandırıram) – insanın vә heyvanların daxili vә xarici qıcıqlandırıcılara qarşı razılıq vә ya narazılıq, sevinc, qorxu vә s. şәklindә özünü göstәrәn subyektiv reaksiyası. Faydalı tәsirlәrin yaratdığı müsbәt E. subyekti onlara nail olmağa vә saxlamağa tәhrik edir. Mәnfi E. zәrәrli tәsirlәrdәn uzaqlaşmağa yönәlәn aktivliyi stimullaşdırır. Subyekt E.-ya әsaslanaraq, mәqsәdәuyğunluğu özü üçün gizli qalan zәruri hәrәkәtlәr (mәs., tәhlükәdәn uzaqlaşma, nәslin davam etdirilmәsi) edir. İnsan E.-larının inkişafının әn yüksәk mәhsulu konkret situasiyalardakı E.-ların ümumilәşmәsinin nәticәsi kimi ontogenezdә meydana gәlәn hisslәrdir. İstәnilәn halda insanın emosional reaksiyaları onun fәrdi (tipoloji) xüsusiyyәtlәrindәn asılıdır. E.-nın formalaşmasında düzgün tәrbiyәnin mühüm rolu var.