EMPATİYA (yun. εμπάθεια (empateya) – fiziki bağlılıq, meyil) – fәlsәfi-psixoloji anlayış, özünü başqa insanın vә ya canlının yerindә hissetmә bacarığı, başqasının dәrdinә şәrik olma hissi. Sosiologiyada E. fәrdin başqa bir subyektin sosial rolunu öz üzәrinә götürmәk bacarığıdır. “E.” terminini psixologiyaya simpatiya barәdә fәlsәfi ideyaları ümumilәşdirәn E. Titçener gәtirmişdir. Emosional (başqasının affektiv reaksiyalarının proyeksiyası vә tәqlidi mexanizminә әsaslanır), koqnitiv (intellektual proseslәrә әsaslanır) vә predikativ (konkret situasiyalarda başqasının affektiv reaksiyalarını qabaqcadan duymaq bacarığı kimi tәzahür edir) E.-lar var. E. müxtәlif formalarda, xüsusilә dә başqasının dәrdinә, hiss vә hәyәcanına şәrik olmaq, şәfqәt göstәrmәk, halına acımaq, keçirdiyi hisslәri başa düşmәk kimi tәzahür edir. E. halında olmaq emosional mәna çalarlarını qoruyaraq başqasının daxili alәmini qәbul etmәkdir. E., hәmçinin, mimik reaksiyaların, davranışların vә jestlәrin kömәyi ilә başqasının emosional durumunu anlamaq bacarığıdır. E. insanı anlamanın digәr for- ması olan identifikasiyadan fәrqlәnir; belә ki, identifikasiya rasional yox, affektiv anlamadır. Fәrdlәrin empatik imkanları onların hәyat tәcrübәsinin artması ilә inkişaf edir. E.-nın da hәddi var. Artıq dәrәcәdә E. cәmiyyәtdә balansı poza vә insanlar arasında fәrqli vәziyyәtlәr yarada bilәr. E.-nın әksi aleksitimiyadır.