EMPİYÉMA (yun. εμπύημα– irinlik) – irinin bәdәnin hәr hansı qapalı boşluğunda vә ya xaric olması üçün konkrement, iltihabi infiltrat vә s. ilә qapanmış boşluqlu orqanında toplanması. İltihabi prosesin yaxında yerlәşәn orqandan (mәs., osteomielit zamanı sümükdәn oynaq boşluğu divarına) keçmәsi vә ya boşluq divarının zәdәlәnmәsi zamanı infeksiyanın bilavasitә boşluğa keçmәsi (mәs., ağ ciyәr absesinin deşilmәsi zamanı plevra boşluğuna) nәticәsindә orqan boşluğu divarının irinli iltihabı inkişaf edir.
E.-nın simptomları onun gedişindәn (kәskin vә ya xroniki), formasından vә lokalizasiyasından asılıdır. M ü a l i c ә s i cәrrahi üsulladır: zәdәlәnmiş orqanın çıxarılması (mәs., irinli apendisitdә soxulcanabәnzәr çıxıntının, irinli xolesistitdә öd kisәsinin) vә ya irin boşluğunun yarılması (mәs., irinli plevrit zamanı plevranın, irinli artrit zamanı oynağın), irinin kәnar edilmәsi vә drenaj qoyulması.