EMPİRİK PSİXOLOGİYA – tәcrübәni әsas götürәn psixoloji cәrәyan. Tәmәli 17 әsrin fәlsәfi sistemlәri әsasında qoyulmuş (R. Dekart, B. Spinoza, T. Hobbs, C. Lokk), 18 әsrdә formalaşmış (X. Volf, D. Hartli vә b.), 19 әsrin 1-ci yarısında inkişaf etmişdir (C. Mill, C.S. Mill vә b.). 19 әsrin 2-ci yarısında E.p.-nın görkәmli nümayәndәlәri A. Ben, H. Spenser, İ. Ten, T. Ribo idi. Bu cәrәyana görә, hәqiqi biliklәr duyğu orqanları ilә әtraf alәmin qavranılması, yeni tәcrübә sayәsindә әldә edilir. E.p. yekun müddәalar irәli sürәrkәn müşahidә vә eksperimentlәrә istinad edirdi. Şüur anlayışındakı mәhdudiyyәtinә baxmayaraq, E.p. psixi hadisәlәrin tәcrübәdә tәdqiqi baxımından mühüm rol oynamışdır.