EMPİRİZM – idrak nәzәriyyәsindә hissi tәcrübәni insan tәsәvvürlәri, ideyaları, anlayışları vә biliklәrinin mәnbәyi hesab edәn tәlim. Burada şüur tәcrübәdәn әldә olunan materialların uzlaşdırılması vә tәkrar tәrtibi kimi izah olunur. E.-ә görә, hәyat praktikası, әxlaq vә elm yalnız müvafiq tәcrübәyә әsaslanmalıdır. Ümumiyyәtlә, E. hissi idrakın, tәcrübәnin rolunu metafizikcәsinә şişirdir, nәzәriyyәlәrin funksiyasını lazımi qәdәr qiymәtlәndirmir, tәfәkkürün fәal rolunu vә nisbi müstәqilliyini inkar edir. E. bütöv qnoseoloji konsepsiya kimi 17–18 әsrlәrdә formalaşmış, 19 әsrdә pozitivizmin vә ona bәnzәr cәrәyanların (mexanisizm, praqmatizm, mәntiqi pozitivizm vә s.) qnoseoloji әsası olmuşdur. İdealist E. (Berkli, Yum, Max, Avenarius, Boqdanov, müasir mәntiqi empirizm vә s.) subyektiv tәcrübәni yeganә reallıq hesab edir. Materialist E.-ә görә (F. Bekon, Hobbs, Lokk, 18 әsr fransız materializmi) hissi tәcrübәnin mәnbәyi obyektiv mövcud olan alәmdir.