ÉMS – AFR-in şm.-q.-indә çay. Uz. 371 km, hövzәsinin sah. 12,5 min km2-dir. Tevtoburq Meşәsi d-rının c.-q. yamaclarından başlanır. Şimali Almaniya ovalığı ilә axır, Şimal dәnizinin Dollart körfәzinә tökülәrәk uz. 20 km olan estuari әmәlә gәtirir. Ortaillik su sәrfi 72 m3/san; qışda vә yazda bolsulu olur. Kanallar vasitәsi ilә Vezer vә Reyn çayları ilә birlәşdirilmişdir. Mәnsәbindәn 212 km mәsafәdә gәmiçiliyә yararlıdır. Rayne, Lingen, Ler ş.-lәri vә mәnsәbi yaxınlığındakı Emden dәniz portu E.-in sahilindәdir.
Емс чайы (Меппен шящяри).