EMULSİYALAR – maye dispersion mühit vә maye (bәzәn qaz) dispers fazadan ibarәt dispers sistemlәr. Düz E. (adәtәn su olan dispersion mühit dispers fazaya nisbәtәn daha polyardır; mәs., süd, lateks) vә әks E. (mәs., dispersion mühit az polyardır; mәs.; xam neft) fәrqlәndirilir. Hәmçinin dispers faza damcılarının hәcmindә dispersion mühitin daha kiçik damcıları olan çoxsaylı E. mövcuddur. E. duru (dispers faza hәcmcә faizin hissәsi qәdәrdir), qatı (bir neçә vahid vә onlarla %), çox qatı vә ya spumoidә (köpüyәbәnzәr, mәs., müxtәlif kremlәr, mәlhәmlәr) E.-a ayrılır.
E.-ın mühüm xüsusiyyәti dispersliyidir, yәni damcıların ölçülәrinә görә paylanma funksiyasıdır. Qatı E.-da damcıların orta ölçüsü, adәtәn, bir neçә mkm-dәn onlarla mkm-ә qәdәrdir. Duru E.-ın damcıları mkm-in hissәsi qәdәr vә daha azdır. E.-ın әmәlә gәlmәsi (emulsiyalaşma) hәm kondenslәşmә nәticәsindә yeni dispers fazanın ayrılması, hәm bir maye fazanın digәrindә disperslәşdirilmәsi ilә, disperslәşmә isә öz- özünә vә ya mexaniki tәsir nәticәsindә baş verә bilәr. Öz-özünә emulsiyalaşma iki mayenin ayırıcı sәrhәddindә sәthi gәrilmәnin çox kiçik qiymәtlәrindә ola bilәr vә bu termodinamiki tarazlı kritik E.-ın әmәlә gәlmәsinә gәtirib çıxarır. Belә emulsiyalaşma, hәmçinin maddәnin (adәtәn SAM) bir fazadan digәrinә diffuziya ilә daşınma nәticәsindә mümkündür.
Mexaniki emulsiyalaşdırma üçün müx- tәlif homogenlәşdiricilәr vә disperslәşdiricilәr (bax Dispers sistemlәr) istifadә edilir. E.-ın әmәlәgәlmәsi, onların tipi vә davamlığı fazaların ayırıcı sәrhәddindә sәth hadisәlәri ilә müәyyәn edilir vә sistemdә SAM-emulqatorların olmasından, onların qatılığı vә molekul quruluşu, xüsusilә mәs., hidrofil–lipofil balansından (HLB) asılıdır (bax Sәthi-aktiv maddәlәr).
Düz E.-ın stabillәşdiricilәri vә HLB-nın qiymәtlәri yüksәk (8-dәn çox) vә suda hәllolan aşağıdakı SAM-lar aiddir: anion (qәlәvi metalların sabunu, alkilsulfotur- şuların vә alkilfosfat turşuların natrium vә trietanolamin duzları), qeyri-ionogen (tvinlәr, spirtlәr vә alkilfenolların etoksilatları) vә kation (alkilimidazolinlәr, dördlü ammonium duzları) yüksәkmolekullu SAM. Sonuncu tәbii mәnşәli (lesitin, polisaxaridlәr, lipoproteinlәr, zülallar) vә sintetik (polivinil spirti, poliakrilatlar vә s.) SAM ola bilәr.
Әks E.-ı stabillәşdirmәk üçün keçid metalların sabunu, monoalkanolamidlәr, HLB-ı kiçik olan qeyri-ionegen SAM, mәs., span-80, ali spirt vә turşuların etilenoksilatları istifadә edilir.
E.-ın davamlığının pozulması sistemdә damcıların sedimentasiyası, koaqulyasiyası vә onların birlәşmәsi (koalessensiyası) proseslәrinin gedişi, maddәnin kiçik damcıdan daha irisinә diffuziya ilә daşınması ilә әlaqәdardır. Dispersion mühit vә dispers fazanı tәmsil edәn mayelәrin sıxlıqlarından asılı olaraq iri dispersli E.-da sedimentasiya düz vә әks ola bilәr.
Sedimentasiyanın qarşısını almaq üçün E. әlavә disperslәşdirilir (homogenlәşmә) vә ya ona fazaların sıxlıqlarını bәrabәrlәşdirәn әlavәlәr daxil edilir. Koaqulya- siyaya qarşı davamlılığı әldә etmәk üçün ionogen SAM-dәn, әks E.-da isә ali yağ turşularının Fe vә Cr duzlarından istifadә olunur. E. tәbiәtdә geniş yayılmışdır: süd (suda әsasәn, kazein, lipoproteindәn ibarәt zülal qarışıqları vә fosfolipidlәrlә stabillәşmiş yağ damcıları), bitkilәrin (mәs., kauçuk ağacının südәbәnzәr şirәlәri), neft E.-ı.
E. emulsiyada polimerlәşmә proseslәrindә istifadә edilir; sürtkü-soyuducu mayelәr, sürtkü, tәbii südün әvәzedicisi, konservlәşdirmә üçün tәrkiblәr, dәrinin xassәlәrini vә boyanmasını yaxşılaşdıran appreturlar, kağız istehsalında yapışdırıcı tәrkiblәr, sap vә parçaların işlәnmәsi üçün preparatlar emulsiya şәklindә tәtbiq olunur. Әks E. neft vә qaz quyularının qazıma prosesindә, onların quyudibi zonasının işlәnilmәsindә qazıma mәhlulları kimi tәtbiq edilir. Müxtәlif әks E. dәrman vә kosmetik mәlhәmlәr, kremlәr, qida mәhsulları (mәs., marqarin) kimi işlәnir.