ENDARTERİÍT (endo... + arteriya) – arterial damarların daxili qişasının xroniki iltihabı. Әsasәn (95–97%), kişilәrin aşağı әtrafında müşahidә edilir. Ә l a m ә t l ә r i: ayaq barmaqlarının soyuması, yeriyәrkәn baldırda ağrı, qıcolma, tez yorulma, soyuğa davamsızlıq vә s. Xәstәliyi әmәlә gәtirәn vә gedişini ağırlaşdıran sәbәblәr siqaret vә spirtli içkilәrdәn istifadәdir. P r o f i l a k t i k a s ı: siqareti tәrgitmәk, ayaqları quru vә isti saxlamaq, dar ayaqqabı geymәmәk vә s. M ü a l i c ә s i: hәkimin nәzarәti altında fәrdi qaydada (müxtәlif damargenәldәn dәrmanlar, mәlhәmli sarğılar, vitaminlәr vә s.) aparılır. Bu, müsbәt nәticә vermәdikdә cәrrahi әmәliyyat (damarların plastik әmәliyyatı, amputasiya) tәtbiq edilir.