ENDEMİKLӘR (yun. ενδημός – yerli) – nisbәtәn kiçik әrazidә mәhdud şәkildә yayılmış bitki vә heyvan növlәri, cinslәri, fәsilәlәri vә i.a. Bәzәn E.-in arealları mәhdud (dar-endemik, yaxud dar-lokal) olur. Mәs., Avropa proteyi Yuqoslaviyanın yeraltı su hövzәlәrindә (mağaralarda), Eldar şamı (Pinus eldarica) Azәrb.-ın Eldar düzündә, mikrobiotalar (sәrvkimilәr) isә ancaq Sixote-Alin iynәyarpaqlı meşәlәrindә vә qarsız dağ zirvәlәrindә bitir. Coğrafi, yaxud ekoloji cәhәtdәn digәr әrazilәrdәn (dәrin göllәr, dağlar, adalar) ayrılmış sahәlәrdir. 2 qrupa: paleoendemiklәr vә neoendemiklәrә ayrılır. Bax Kosmopolitlәr.