ÉNDERBİ TORPAĞI (Enderby Land) – Şәrqi Antarktida әrazisinin tәqr. 45° ilә 57° ş.u.-ları arasındakı hissәsi. Mәrkәzi hissәsindә buz örtüyünün hünd. 2000–2500 m, buzun qalınlığı 3000 m-dir. Sahil boyunca bәzi yerlәr buzdan azaddır. Ş. hissәsindә dağ massivlәri (hünd. 2300 m-әdәk) var. Kembridәn әvvәlki qneys vә şistlәrdәn tәşkil olunmuşdur. E.t.-nı London kommersantları Enderbi qardaşları firmasının göndәrdiyi ekspedisiyası kәşf etmiş (1831) vә onların şәrәfinә adlandırılmışdır. Sahilindә Rusiya Antarktida ekspedisiyalarının әsas bazası (Molodyojnaya) yerlәşir.