Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ENDERS

    ENDERS Con Franklin (10.2.1897, Konnektut şt., Uest-Hartford – 08.09.1985, Konnektut şt., Uoterford ) – Amerika bakterioloqu vә virusoloqu. Nobel mükafatı laureatı (1954, F. Robbins vә T.Uellerlә birlikdә). ABŞ Milli Elmlәr Akademiyasının (1953), Amerika İncәsәnәt vә Elm Akademiyasının, London Kral Cәmiyyәtinin üzvü. Nyu–Hempşirdәki Müqәddәs Pavel mәktәbini (1915), Yel kollecini bitirmişdir (1920). 1929–56 illәrdә Harvard Un-tindә dәrs demişdir. 1942–46 illәrdә E. infeksion xәstәliklәr üzrә hәrbi katibin mülki mәslәhәtçisi, 1946 ildәn Bostondakı Pediatriya mәrkәzindә infeksion xәstәliklәr laboratoriyasının müdiri, Boston uşaq xәstәxanasında infeksion xәstәliklәr üzrә tәdqiqat şöbәsinin müdiri, 1936 ildәn Harvard tibb mәktәbi nәzdindәki uşaq xәstәxanasının prof.-u olmuşdur. Әsas tәdqiqatı bakteriologiya, immunologiya, virusologiya sahәsindәdir. Pnevmokokkun yeni tipli polisaxaridini aşkar etmiş, bakteriyaların opsonizasiyasında komplementin spesifik anticisimlәrlә katalitik rolunu sübuta yetirmişdir. T. Ueller vә F. Robbinslә birlikdә poliomielit virusu ilә sinir toxuması arasında spesifik oxşarlığın olmadığını müәyyәnlәşdirmiş, virusoloji tәdqiqatları kökündәn dәyişdirmiş poliomielit virusunun becәrilmәsi üçün hüceyrә kulturası metodunu işlәyib hazırlamış, onun müxtәliftipli toxumalarda bitmә qabiliyyәtini kәşf etmişdir. Qızılca әleyhinә vaksin yaratmışdır. Ömrünün sonlarında E. tibbi tәdqiqatlarla yanaşı, QİÇS-i öyrәnmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV