Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ENDİRMƏ QURĞULARI

    ENDİRMӘ QURĞULAR – konstruksiyası yer sәthindә qurulan, sonra isә layihә dәrinliyinә endirilәn müxtәlif tәyinatlı yeraltı qurğular. E.q. endirmә quyu, endirmә bәrkidici, endirmә bölmәlәr, endirmә tunel-kessonlara ayrılır. E n d i r m ә  q u y u l a r  körpü dayaqları vә mәsuliyyәt tәlәb edәn qurğuların özüllәrinin qurulmasında, müxtәlif tәyinatlı yeraltı tikililәrin inşasında istifadә edilir. İlk dәfә E.q.-lar 2 min il bundan әvvәl Hindistanda çay kәnarında tikilәn mәbәdlәrin bünövrәsinin, Avropada isә 19 әsrin sonlarında körpü dayaqlarının qurulmasında tәtbiq edilmişdi. Endirmә quyular hazırlandığı materiala (beton, dәmir-beton, metal, daş vә taxta), planda formasına (dairәvi, oval vә düzbucaqlı), endirmә texnologiyasına (quru; suaxıtma, yaxud qrunt sularının sәviyyәsini azaltmaqla; su axıtmadan suyun altında qruntu işlәmәklә) görә tәsnif olunur. En- dirmә quyu öz ağırlığının tәsiri nәticәsindә qrunta yeridilәn konstruktiv cәhәtdәn içiboş silindr şәklindәdir. Quyu layihә dәrinliyinә çatdıqda aşağı hissәsi beton qarışığı ilә doldurulur, bununla özülün alt hissәsinin dayaq sahәsi daha da artır. Әgәr konstruksiyanın öz ağırlığı qurunta yeridilmәsi üçün kifayәt etmәzsә, silindrin perimetri boyunca ballast bloklar asılır vә ya hidrodomkratlardan istifadә edilir. Bünövrә qurulması üçün işlәdilәn E.q.-lar, adәtәn, dairәvi (diametri 4 m-әdәk) olub, endirilmә dәrinliyi 80 m-ә çatır. Torpağın alt qatında yerlәşәn qurğular (dәhnәlәr vә kanalizasiya nasos st.-ları, mәdәn-saflaşdırma kombinatlarında doğrama kameraları vә s.) tikilәrkәn iri konstruksiyalı (diametri 70 m-әdәk olan dairәvi, 260×60 m ölçüdә düzbucaqlı) quyular yaradılır; quyuların endirilmә dәrinliyi 70 m-ә çatır. E n d i r m ә  (d a l d ı r ı l a n) b ә r k i d i  c i endirmә quyunun bir növüdür. Dayanıqsız (möhkәm olmayan) sulu süxurlarda vә ya şәhәr tikintilәri aparılarkәn yer sәthinin deformasiyasına yol verilmәyәn әrazilәrdә dәrinliyi 50 m-әdәk olan quyu ağızlarının tikintisindә tәtbiq edilir. Bu hallarda endirmә konstruksiya daimi bәrkidici rolunu oynayır. Endirmә bәrkidicilәrin bәrkitmә elementlәrinin konstruktiv hәlli vә endirilmә texnologiyası endirmә quyulardan fәrqlidir. Endirmә bәrkidici tübinqlәrdәn, ya da monolit dәmir-betondan hazırlanır. Tübinqli bәrkidicilәrin öz çәkisi onun qrunta yeridilmәsi vә daldırılması üçün kifayәt etmәdiyindәn hidrodamkratlar vasitәsilә lazımi dәrinliyә yeridilir. E n d i r m ә  b ö l m ә l ә r  sualtı tunellәrin tikintisindә tәtbiq olunur. Dәmir-betondan hazırlanmış uz. 150 m olan bölmә (seksiya) sualtı tu- nelin ayrıca hissәsidir (qovşağıdır). Bölmәlәr hazır özülә növbә ilә endirilәrәk suyun altında birlәşdirilir. Endirmә böl- mәlәrdan ibarәt sualtı tunellәrin tikintisinә 20 әsrin әvvәllәrindә ABŞ-da başlanmışdır. Bölmәlәrin en kәsiyinin ölçülәri (48×10 m-әdәk) tunelin tәyinatından asılıdır. E n d i r m ә   t u n e l - k e s s  o n l a r digәr üsulların (süxurların dondurulması, tamponaj, qruntda divar) sәmәrәsiz, ya da ümumiyyәtlә mümkün olmadığı çәtin mühәndis-texniki şәraitlәrdә tikinti aparılarkәn tәtbiq olunur. Endirmә bölmәlәrin tәtbiqindә olduğu kimi tunellәr dә hazır bölmәlәrdәn qurulur, lakin onların layihә dәrinliyinә endirilmәsi kesson üsulu ilә yerinә yetirilir. Bölmәlәr layihә dәrinliyinә çatan zaman kesson kamerası betonla doldurulur vә bununla da möhkәm dayaq tavası yaranır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV