ENDODÉRMA (endo… + yun. δερμα – dәri, qabıq) – ali bitkilәrin gövdә vә köklәrindә ilk qabığın daxilindә mәrkәzi silindri әhatә edәn hüceyrәlәr qatı. Tәrkibindә, әsasәn, nişasta dәnәlәri olan sıx birlәşmiş parenxim hüceyrәlәrindәn әmәlә gәlir. Kökün cavan hissәsindә E. maddәlәrin ötürücü toxumalara daxil olmasına kömәk edir, kökün daha qart hissәlәrindә isә mәrkәzi ox silindrini qabıqdan ayırır. E. suyun vә ionların ilk qabıqdan mәrkәzi kök silindrinә daxil olmasını tәnzimlәyәn fizioloji sәddir. Bәzәn iynәyarpaqlı bitkilәrin yarpağında olur. E. hüceyrәlәrindә qılaf qalınlaşaraq ağaca dönür.