ENDOGEN DӘYİŞӘN – obyektin daxili keyfiyyәt vә xüsusiyyәtini xarakterizә edәn qeyri-sabit göstәricisi. İqtisadi-riyazi modellәşmә ilә әlaqәdar mәsәlәlәrin hәllindә istifadә olunur. E.d.-lәr çox vaxt çıxış mәlumatları kimi müәyyәn edilir. Modelә xaricdәn daxil edilәn ekzogen dәyişәnlәrdәn fәrqli olaraq endogen kәmiyyәtlәrin dәyişmәsi modellәşәn sistemin daxilindә baş verir. İqtisadi-riyazi modellәr üçün dәyişәnlәrin ekzogen vә endogenә bölünmәsi kifayәt qәdәr sәrbәstdir vә qarşıya qoyulan mәsәlәnin xarakteri ilә müәyyәn olunur. E.d.-lәr bir-birlәri ilә qarşılıqlı әlaqәlidirlәr, belә ki, hәr zaman hәm birbaşa, hәm dә әks әlaqә elementlәri iştirak edir.