ENDOGÉN PROSESLӘR – Yer tәkindә onun daxili qüvvәlәrinin (istilik enerjisi, Yerin fırlanmasından yaranan ağırlıq qüvvәsi vә s.) tәsiri ilә baş verәn geoloji proseslәr. E.p.-ә tektonik, maqmatik, metamorfik, hidrotermal vә s. proseslәr, hәmçinin bir sıra faydalı qazıntı yataqlarının әmәlә gәlmәsi aiddir. E.p.-in öyrәnilmә- sinin Yerin inkişafı xüsusiyyәtlәrini bәrpa etmәkdә vә Yer qabığında bu proseslәr nәticәsindә әmәlә gәlәn faydalı qazıntı yataqlarının yerlәşmәsi qanunauyğunluğunu aydınlaşdırmaqda böyük әhәmiyyәti var. Bir çox geol. hadisәlәr, maddi әmәlәgәlmәlәr (neft, daş kömür vә s.) vә struktur formalar bәzәn endogen vә ekzogen proseslәrin birgә tәsiri nәticәsindә әmәlә gәlir vә müәyyәn dәrәcәdә bu vә ya digәrinin әlamәtlәrini özündә әks etdirir.