Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ENDOKRİN SİSTEM

    ENDOKRİN SİSTEM – hormonlar vasitәsilә orqanların fәaliyyәtini tәnzimlәyәn endokrin vәzilәri sistemi; hüceyrәlәrdәn ifraz olunan endokrin birbaşa qana keçir, yaxud diffuziya yolu ilә qonşu hüceyrәlәrin hüceyrәarası sahәsinә daxil olur. Neyroendokrin sistem, orqanizmin bütün orqan vә sistemlәrini әlaqәlәndirir, tәnzimlәyir, hәmin fәrdin normal hәyat fәaliyyәtinin saxlanılması üçün lazım olan daxili mühitin sabitliyini qoruyur.

    E.s. sinir vә immun sistemlә birgә böyümәni, orqanizmin inkişafını, onun cinsi fәrqlәnmәsini vә reproduktiv funksiyasını tәnzimlәyir, enerjinin әmәlә gәlmәsi, istifadәsi vә saxlanması prosesindә iştirak edir, insanın emosional reaksiyası vә psixi fәaliyyәtini tәmin edir.

    E.s. endokrin hüceyrәlәrin bir yerә toplanaraq daxili sekresiya vәzilәrini әmәlә gәtirәn qlandulyar E.s.-ә vә diffuz E .s.-ә bölünür. Daxili sekresiya vәzilәri qlandulyar hormon hasil edir; bunlar bütün steroid hormonlar, qalxanabәnzәr vәzinin hormonları vә çoxlu peptid hormonlardır. Diffuz E.s. aqlandulyar (kalsitriol istisna olmaqla) peptidlәr adlanan hormonlar әmәlә gәtirir; bu da bәdәndә sәpәlәnmiş endokrin hüceyrәlәrlә tәmsil olunur. Endokrin hüceyrәlәr orqanizmin bütün toxu-malarında mövcuddur.

    Q l a n d u l y a r  E.s. müxtәlif bioloji aktiv maddәlәr (hormonlar, neyromediatorlar vә s.) sintez edәn, torlayan vә qan cәrәyanına buraxan daxili sekresiya vәzilәri şәklindә tәmsil olunur. Bu vәzilәrin klassik nümunәlәri epifiz, hipofiz, qalxanabәnzәr, qalxanabәnzәrәtrafı vәzilәr, mәdәaltı vәzinin adacıq aparatı, böyrәküstü vәzinin qabıq vә beyin maddәsi, xayalar vә yumurtalıqlardır. Qlandulyar sistemdә endokrin hüceyrәlәr bir vәzidә cәmlәşmişdir. Mәrkәzi sinir sistemi bütün endokrin vәzi hormonlarının sekresiyası prosesinin tәnzimlәnmәsindә iştirak edir, hormonlar isә әks әlaqә mexanizmi ilә mәrkәzi sinir sisteminin funksiyasına tәsir göstәrir. Orqanizmin periferik endokrin funksiyası fәaliyyәtinin sinir requlyasiyası tәkcә hi- pofizin trop hormonları (hipofizar vә hipotalamik hormonlar) vasitәsilә deyil, hәm dә vedetativ sinir sisteminin tәsiri ilә hәyata keçirilir.

    Bundan әlavә mәrkәzi sinir sisteminin özündә müәyyәn miqdarda bioloji aktiv maddәlәr (monoaminlәr vә peptid hormonlar) sekresiya olunması ilә yanaşı, onların çoxu mәdә-bağırsaq traktının endokrin hüceyrәlәri ilә sekresiya olunur. Endokrin vәzilәri hәm müstәqil orqan kimi ayrıca, hәm dә epiteli toxumasının törәmәsi ola bilәr.

    D i f f u z E.s.-dә qara ciyәr (somatomedin, insulinәbәnzәr boy amillәri vә s. sekresiyası), böyrәklәr (eritropoetin, medullinlәr vә s. sekresiyası), mәdә (qastrin sekresiyası), bağırsaqlar (vazoaktiv intestinal peptid vә s. sekresiyası), dalaq (spleninlәr sekresiyası) vә s. orqanlar bәzi endokrin funksiyaları yerinә yetirir.

    Mәdә-bağırsaq yolunun toxumalarında yerlәşәn hüceyrәlәr qan dövranına sekresiya yolu ilә 30-dan artıq hormon ifraz edir. Mәdә-bağırsaq yolunun endokrin hüceyrәlәri qastrin, qastrin әlaqәlәndirәn peptid, sekretin, xolesistokinin, somatostatin, vazoaktiv intestinal polipeptid, P maddәsi, motilin, qalanin, qlükaqon geninin peptidlәri (qlisentin, oksintomodulin, qlükoqonabәnzәr 1 vә 2 peptid), neyrotenzin, neyromedin N, YY peptid, pankreatik polipeptid, Y neyropeptidi, xromoqraninlәr (xromoqranin A vә ona mәnsub olan GAWK peptid vә sekretoqranin
    H) sintez edir.

    Endokrin sistemә tәnzimlәyici effektin zәnciri kimi baxmaq olar, hormon bilavasitә vә ya dolayı yolla tәsir edir. Hormonun hәdәf hüceyrәlәrә tәsiri zamanı mәnfi әks-әlaqә yaranır vә sekresiya mәnbәyinә tәsir göstәrәrәk, onun sakitlәşmәsinә sәbәb olur. Sekresiyanın güclәnmәsini törәdәn müsbәt әks-әlaqә nadir hallarda tәsadüf edilir. E.s. hәmçinin sinir vә immun sistem tәrәfindәn tәnzimlәnir.

    Endokrin xәstәliklәrә Şәkәrli diabet, Şәkәrsiz diabet, Tireotoksikoz, Hipotireoz, Akromeqaliya, Addison xәstәliyi, Hipoqonadizm vә s. aiddir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV