ƏKSETDİRİCİ – hәr hansı bir enerji (mәs., elektromaqnit dalğaları), atom zәrrәciklәri axınının intensivliyini vә istiqamәtini, hәmçinin elastik xassәlәrә malik bәrk hissәciklәrin hәrәkәt istiqamәtini dәyişdirәn qurğu vә ya tәbii maneә. Ə.-nin fiziki xassәlәri selin yayıldığı mühitin xassәlәrindәn kәskin fәrqlәnir. Optika vә işıq texnikasında Ə.-dәn işıq selinin yayılma istiqamәtinin dәyişdirilmәsi (bax Projektor, Reflektor), onun mәnbәyә tәrәf qayıtması (bax İşıqqaytarıcı), nüvә texnikasında neytronların aktiv zonadan sızmasının qarşısının alınması üçün istifadә olunur (bax Neytron әksetdiricisi). Elektromaqnit dalğalarının obyektdәn әksolunma xassәsi radiolokasiyanın әsasını tәşkil edir.