Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏKSETDİRİCİ SOBA

    ƏKSETDİRİCİ SOBA – qızdırılan materiala istiliyi bilavasitә yanacağın (xırdalanmış kömür, mazut, tәbii qaz) qaz halında olan yanma mәhsullarından, hәmçinin sobanın közәrmiş daxili odadavamlı hörgüsündәn (divar vә qübbәsindәn) şüalandıraraq verәn alovlu әritmә sobası. Ə.s., әsasәn, әlvan metallurgiyada metal vә yarımmәhsulların alınmasında (mis filizindәn, yaxud konsentratlardan şteynin, qurğuşun sulfidi konsentratından qurğuşunun alınması, mis, stibium, qurğuşun, qalay vә s.-nin saflaşdırılması), şüşәәritmәdә, hәmçinin tökmә istehsalatında qara  vә  әlvan metalların, әrintilәrin әridilmәsindә tәtbiq olunur. Bәzi hallarda konstruksiyasına vә istilik mübadilәsi rejiminә görә әlvan metallurgiya sobalarından çox fәrqlәnәn vә polad istehsalı üçün işlәdilәn, marten vә ikivannalı sobalar da Ə.s.-ya aid edilir. İş prinsipinә görә Ə.s. fasilәsiz vә fasilәli olur. Fasilәsiz Ə.s.- da sobanın bütün işi әrzindә şixtә materiallarının yüklәnmәsi vә әritmә mәhsullarının verilmәsi (şüşәhazırlamada, qurğuşunun fasilәsiz saflaşdırılmasında vә s.) prosesi gedir. Fasilәli Ə.s.-da şixtә materialları dövri yüklәnir, әritmә prosesi bitdikdәn sonra bütün maye mәhsulları növbәti tsikl başlamamışdan әvvәl sobadan çıxarılır (marten vә ikivannalı sobalarda poladın әridilmәsi zamanı). Yüksәktemp-rlu istilik mәnbәyindәn (mәs., qövsdәn) şüalanan istiliyi güzgülәr vasitәsilә qızdırılan obyektә fokuslayan sobalar da Ə.s. vә ya reflektorlu soba adlanır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç