ƏKSETDİRMƏ QURĞUSU, informasiyanı әksetdirәn qurğu – kompüterdәn informasiyanın çıxış qurğusu; kodlaşdırılmış rәqәmli informasiyanı insanın vizual qavraması üçün rahat şәklә (mәs., mәtn, plan, cәdvәl, qrafik, çertyoj vә s.) salır, “insan – maşın” sistemlәrindә kompüter vә insanın birgә işini asanlaşdırır. Ə.q. tәsviretmә imkanları (әks etdirilәn verilәnlәrin hәcmi, simvolların müxtәlifliyi, onların dәyişilmәsinin mümkünlüyü, rәngliliyin olması vә s. ilә tәyin edilir); operatorun işarәsi ilә verilәnlәrin ötürülmә sürәti vә onların uzun müddәt indikatorda saxlanılma qabiliyyәti; indikasiyanın dәqiqliyi (kompüterdәn gәlәn verilәnlәrin tәsvirinin informasiyanın indikator ekranındakı yerinә vә mәzmununa görә uyğunluğu) ilә xarakterizә olunur. Fәrdi vә ümumi Ə.q. olur. Daha çox elektron-şüa cihazı әsaslı (displey), nadir hallarda isә plazma panelli vә ya iri indikasiyalı proyeksiya Ə.q.-ndan istifadә edilir.