ƏKS-FAY, qırılıb qalxma– dik yatımlı qırılma müstәvisi üzrә layın asılı qanadının yatıq qanada nisbәtәn qalxması. Ə.-da süxurlar üfüqlә 45º-dәn böyük bucaq әmәlә gәtirәn çatboyu hәrәkәt edir. Qırılma müstәvisi az meyilli olan Ə. üstәgәlmә adlanır. Ə. әsas etibarilә qırışıqlıq dislokasiyası ilә әlaqәdar olur.