ENDOKRİNOLÓGİYA (endo... + yun.κρίνω – ayırıram, ifraz edirәm + ... logiya) – daxili sekresiya vәzilәrinin (endokrin vәzilәri) quruluşu vә funksiyaları, onların hasil etdiyi hormonlar, bu hormonların әmәlә gәlmәsi, heyvan vә insan orqanizminә tәsiri haqqında elm. E. biologiya, tibb vә baytarlığın bir çox bölmәlәri, xüsusilә fiziologiya, biokimya, farmakologiya vә molekulyar biologiya ilә әlaqәlidir. Bilavasitә genlәrin aktivlәşdirilmәsindә hormonların tәsir mexanizminin öyrәnilmәsi sahәsindәki nailiyyәtlәr E.-nı orqanizmin әsas funksiyalarının tәnzimlәnmәsi haqqında elm adlandırmağa әsas verir. E.-da müasir istiqamәt olan neyroendokrinologiya orqanizm funksiyalarının tәnzimlәnmәsindә sinir sistemi ilә endokrin vәzilәrinin qarşılıqlı tәsirini öyrәnir.
Tarixi mәlumat. Hәlә 16–18 әsrlәrdә anatomlar heyvan vә insanın digәr orqanları ilә bәrabәr, indi daxili sekresiya vәzilәri kimi tanınan bütün orqanları tәsvir etmişlәr, lakin onların funksiyaları o zaman mәlum deyildi. Daxili sekresiya vәzi vә ya orqanları haqqında tәlimi 1830 ildә alman fizioloqu vә tәbiәtşünası İ.P. Müller yaratmışdır. E. bir elm sahәsi kimi 19 әsrdә, bәzi endokrin vәzilәrinin zәdәlәnmәsi ilә әlaqәdar xәstәliklәr tәsvir olunduğu zaman formalaşmışdır. Mәs., İrlandiya alimi R. Qreyvs (1835) vә alman alimi K. Bazedov (1840) qalxanabәnzәr vәzi xәstәliyini, ingilis hәkimi T. Addison (1853) böyrәküstü vәzi pozulmalarını tәsvir etmişdir. İsveçrә cәrrahları T. Koxer vә J.L. Reverden endemik uru (zob) öyrәnmiş (1882–83) vә onun cәrrahi üsulla müalicәsini әsaslandırmışlar. E. üzrә ilk eksperimental işlәr alman fizioloqu A. Bertolda (1849) mәxsusdur. O göstәrmişdir ki, axtalanmış cavan xoruzlarda toxumluqların dәri altına, yaxud qarın boşluğuna köçürülmәsi axtalanmada müşahidә edilәn tәzahür inkişafının qarşısını alır. Sonralar (1855) fransız fizioloqu K. Bernar elmә daxili sekresiya anlayışını gәtirdi. Fransız alimi Ş. Broun-Sekarın (1889) toxum vәzilәri şirәsinin qoca orqanizmә cavanlaşdırıcı tәsiri haqqındakı fikri daxili sekresiya vәzilәrinin öyrәnilmәsinә marağı daha da artırdı. Bu dövrdә kliniki vә eksperimental E. sahәsindә heyvanlar üzәrindә geniş tәdqiqatlar aparılmasına başlandı. 1889 ildә alman alimlәri Y. Merinq vә O. Minkovski göstәrdilәr ki, heyvanlarda mәdәaltı vәzinin çıxarılması şәkәrli diabetә sәbәb olur. Şәkәrli diabetin inkişafının bu vәzinin adacıq toxumalarının daxili sekresiya funksiyalarının düşmәsi ilә әlaqәli olduğunu 1901 ildә rus alimi L.V. Sobolev tapmış vә şәkәrli diabetin müalicәsi üçün preparatın mәdәaltı vәzidәn alınmasının mümkünlüyünü göstәrmişdir.
Daxili sekresiya vәzilәrinin çıxarılma- sı vә ya zәdәlәnmәsi zamanı orqanizm funksiyalarının dәyişmәsi hәmin vәzilәrin xüsusi aktiv birlәşmәlәr hasil etmәsi haqqında fikrin meydana çıxmasına sәbәb oldu. 1901 ildә amerikan alimi T. Oldriç vә yapon alimi C. Takamine ilk dәfә böyrәküstü vәzinin beyin maddәsinin hormonunu – adrenalini kristal halında almağa, 1905 ildә isә alman alimi F. Ştolds vә ingilis alimi Q. Dakin hәmin hormonu sintez etmәyә nail oldular. İngilis fizioloqu E.Q. Starlinq ilk dәfә olaraq (1905) hormon anlayışını elmә gәtirdi. 1915 ildә amerikan alimi E. Kendal qalxanabәnzәr vәzinin hormonu tiroksini ayırdı vә onun kimyәvi quruluşu 1926 ildә ingilis alimi Ç. Harinqton tәrәfindәn müәyyәn edildi. 1921– 22 illәrdә Kanada tәdqiqatçıları F. Bantinq vә Ç. Best mәdәaltı vәzidәn insulin hormonu ayırdılar, bir müddәt sonra isә orada qlükaqon hormonu aşkar edildi. Alman alimlәri F. Smit, B. Tsondek, Z. Aşheymin hipofizin ön payı hormonlarına dair tәdqiqatları da bu dövrә aiddir, lakin bu hormonlar tәmiz halda ancaq 1940-cı il- lәrdә ayrıldı. 20 әsrin 20-ci illәrinin sonu vә 30-cu illәrin әvvәllәrindә follikulyar mayedәn bir neçә estrogen tәbiәtli birlәşmәlәr (amerikan alimlәri E. Allen vә E. Doyzi, alman alimi A. Butenand vә ingilis alimi Q. Merian; 1924–29); sarı cismdәn progesteron hormonu (Allen vә Butenand, 1934), böyrәküstü vәzinin qabıq qatından – kortizol, kortizon, kortikosteron vә d. kortikosteroidlәr (İsveçrә tәdqiqatçısı T. Reyxşteyn, amerikan alimi E. Kendal) ayrıldı; 1953 ildә elә bu vәzilәrdәn aldosteron hormonu (S. Simpson vә C. Tey- tin rәhbәrlik etdiyi ingilis–isveçrәli tәdmiz halda ayrılması, onların strukturunun müәyyәn edilmәsi bir çox hormonları kimyәvi yolla almağa, onların orqanizmә tәsirini öyrәnmәyә, hәr vәzinin rolunu daha dәqiq müәyyәn etmәyә imkan verdi. Bu işlәrin nәticәsindә müәyyәn edildi ki, daxili sekresiya vәzilәrinin tәsiri tәk-tәk deyil, vahid sistemdә sıx әlaqәlidir vә beynin törәmәsi–hipofiz–hipotalamusla vahid funksional kompleksdә rabitәdәdir. İngilis alimi Q. Harrisin (1952), amerikan tәdqiqatçıları S. Mak-Kana, E. Şalli vә fransız fizioloqu R. Qiymen müәyyәn etdilәr ki, hipotalamusun medial hissәsi qan damarları ilә hipofizin ön payına daxil olan vә hipofiz hormonlarının sintezi vә ayrılmasını stimullaşdıran, rilizinq-hormonlar adlanan bir sıra bioloji aktiv maddәlәr sekresiya edir. 20 әsrin 2-ci yarısında müәyyәn edildi ki, steroid hormonlar müvafiq genlәri aktivlәşdirәrәk DNT sәviyyәsindә fәaliyyәt göstәrir vә nәticәdә orqanizmә lazım olan fermentlәr vә ya digәr spesifik zülallar sintez olunur. Zülali hormonlar hüceyrәlәrә keçmir,
adenilsiklaza fermenti olan hüceyrәlәrin daxili membranına tәsir göstәrir. Endokrin vәzinin funksional aktivliyi onun hormonunun (vә ya hormonlarının) qandakı konsentrasiyasından asılıdır. Mәs., qalxanabәnzәr vәzinin vә ya böyrәküstü vәzi qabığının hormonları orqanizmә artıq miqdarda daxil olduqda hipotalamik rilizinq-hormonların sekresiyası zәiflәyir. Bu isә hipofiz hormonlarının ifrazının azalmasına, qanda tiroksin, yaxud kortikosteroidlәrin sәviyyәsinin aşağı düşmәsinә sәbәb olur. Belә qarşılıqlı tәsir prinsipi әks әlaqә adlanır. Endokrin sistemdә bu qarşılıqlı tәsir tәkcә bir vәzi hormonlarının digәrlәrinә tәsiri deyil, hәm dә sinir mexanizmi ilә hәyata keçirilir; onlar nәinki hipota- lamusda, hәtta daha aşağı birlәşmәlәr sәviyyәsindә bağlanırlar (bax Neyro-humoral tәnzim).
K l i n i k i e n d o k r i n o l o g i y a endokrin sistemin xәstәliklәrini, hәmçinin digәr xәstәliklәr zamanı daxili sekresiya vәzilәrinin dәyişikliklәrini öyrәnir. Endokrin pozulmalara daxili sekresiya vә- zilәrinin bakterial (mәs., böyrәküstü vәzi qabığının vәrәmә tutulması ilә әlaqәdar funksiya çatışmazlığının inkişafı), virus, travmatik, damar vә s. zәdәlәnmәlәri aiddir; psixogen vә irsi amillәr dә mühüm әhәmiyyәtә malikdir. Endokrin pozulmalar zamanı xәstәliklәrin inkişafında xәstәliyin mәrhәlәönü vәziyyәtdәn gizli vә aşkar mәrhәlәyә keçmәsi şәraitinә imkan yaratmış başlıca sәbәbiyyәt rolu oynayan amillәri ayırmaq çox vaxt çәtin olur (mәs., şәkәrli diabet zamanı mәnfi psixi tәsirlәr) vә endokrin xәstәliklәrin sәbәbi namәlum qalır. Endokrin xәstәliklәrin patogenezi haqqında anlayış müvafiq vәzidәki morfoloji dәyişikliklәrin, onların funksional vәziyyәtinin vә bu vәzilәrin fәaliyyәtini nizama salan sistem vәziyyәtinin öyrәnilmәsinә әsaslanır. Vәzilәrin funksiyasının pozulması – onun artması (hiperfunksiya), azalması (hipofunksiya) vә normal, yәni sekresiya vәziyyәtinin fizioloji hәdd daxilindә olması (euhormonal vәziyyәt) ilә keçәn xәstәliklәr ayırd edilir. Endokrin xәstәliklәrin gedişindә bir neçә mәrhәlә ayırd edilir: ilkin (diaqnoz ancaq dolayı әlamәtlәrә әsasәn qoyulur), gizli (xüsusi diaqnostik sınaqların kömәyilә aydınlaşdırılır), aşkar.
Endokrin xәstәliklәrin müalicәsinin әsas prinsipi funksiyaların hormonal tәnzimindә fizioloji hәddә nail olmaqdır. Sağalmaya, adәtәn, vәzinin hiperfunksiyasını törәdәn ağırlaşmamış xәstәliklәr zamanı onun artmış aktivliyini seçmәklә azaldan kimyәvi preparatların istifadәsi, hormon hasil edәn hüceyrәlәrin zәdәlәnmәsini törәdәn rentgen şüalanma vә ya radioaktiv izotopların tәtbiqi, habelә cәrrahi müalicә ilә nail olmaq mümkündür. Endokrin vәzilәrin hipofunksiyası ilә keçәn xәstәliklәri zamanı euhormonal vәziyyәtә hormonal preparatlar (әvәzedici müalicә, mәs., şәkәrli diabetdә insulinlә müalicә) vә ya müvafiq vәzilәrin funksiyasını aktivlәşdirәn preparatlar istifadә etmәklә nail olunur. Risk amillәrinin, yәni xәstәliyin baş vermәsinә sәbәb olan şәrtlәrin aydınlaşdırılması böyük әhәmiyyәtә malikdir. Belә ki, şәkәrli diabetdә onlara arzu edilmәyәn irsilik, piylәnmә vә bәzi digәr amillәr aiddir.
E n d o k r i n o l o g i y a n ı n p r a k t i k i ә h ә m i y y ә t i. E.-nın müvәffәqiyyәtlәri tibbin müvafiq bölmәlәrinin, ilk növbәdә – kliniki E.-nın tәrәqqisinә sәbәb olmuş, hormonların vә onların çevrilmәlәrinin tәyin edilmәsi klinisistlәrә müxtәlif endokrin xәstәliklәrinin daha dәqiq diaqnozunu qoymağa imkan vermişdir. Tәmiz hormonlar vә hormonal preparatların möv- cud olması bu xәstәliklәrin effektli müalicәsini tәmin edir. Bir çox hormonal preparatlar kollagen xәstәlik, bronxial astma, süd vә prostat vәzilәri xәrçәngi, böyrәk, qara ciyәr vә s. orqanların bәzi xәstәliklәrinin müalicәsi zamanı tәsirlidir. E. nailiyyәtlәri nәticәsindә heyvandarlıqda çoxdan bәri istifadә olunan axtalanmadan әlavә k.t. heyvanlarının davranışına vә quruluşuna tәsir edәn mal-qaranın kökәlmәsinә vә törәyib artmasına tәminat verәn digәr endokrin üsullar hazırlanır. K.t. heyvanlarının çoxdöllülüyün hormonal stimulyasiyası, cinsi siklin hormonlarla tәnzimlәnmәsi işlәnib hazırlanmışdır. Yeni sinif hormonal maddәlәrin – prostoqlandinlәrin istifadәsinә dair geniş tәdqiqat işlәri aparılır. Balıqyetişdirmәdә hipofizin qonadotrop hormonu balıqların kürütökmәyә hazırlanmasında istifadә olunur. Müasir E.-nın әsas problemlәrinә maddәlәr mübadilәsinin vә
orqanizmin müxtәlif funksiyalarının hormonal tәnzimlәnmәsi, şәkәrli diabet vә digәr endokrin pozulmaların başvermә mexanizmi, erkәn diaqnostikası, müalicә vә profilaktikasının öyrәnilmәsi aiddir.
E. bir elm kimi Ә. Әliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunda, onun ayrı-ayrı bölmәlәri Azәrb. Tibb Un-tindә, Azәrb. Aqrar Un-tindә tәdris olunur.