ENDOQAMİYA (endo... + yun. γάμος –nikah) – müәyyәn ictimai qrup daxilindә (qәbilә, tayfa, kasta vә s.) nikah adәti. İbtidai icmalarda qәbilә ekzoqam, tayfa isә endoqam idi. İbtidai icma münasibәtlәrinin dağıldığı dövrdә bir sıra xalqlarda (malaqasilәr, әrәblәr, özbәklәr vә b.) qәbilә, yaxud daha çox qәbilәdaxili qruplar – patronimiyalar endoqam olmuşdular. Bu, әmlakı yaxın qohumlarda saxlamaq mәqsәdindәn irәli gәlirdi.
Azәrb.-da E. olması haqqında Musa Kalankatuklunun “Alban tarixi” әsәrindә mәlumat var.