ENDOMETRÍT (endo ... + yun. μéτρα – uşaqlıq) – uşaqlığın selikli qişasının (endometriya) iltihabı. Doğuş, qeysәriyyә әmәliyyatı, abort, vaginal müayinә, aybaşı zamanı cinsi әlaqә, müalicә vә diaqnostika mәqsәdilә uşaqlığa müdaxilә nәticәsindә, ümumi infeksion xәstәliklәrin (mәs., vәrәm) fәsadı kimi baş verә bilәr. İnfeksiya törәdicisinin daxil olduğu yerdә iltihab ocağı yaranır ki, bu, tәkcә endometrini deyil, uşaqlığın әzәlәvi qatını da tutur (endomiometrit). E.-in gedişi kәskin vә ya xroniki ola bilәr. K ә s k i n E. zamanı qarnın aşağı hissәsindә ağrılar, temp-run yüksәlmәsi vә uşaqlıq yolundan uzunsürәn qanlı ifrazatlar müşahidә olunur. Yaşlı qadınlarda uşaqlıqda irinin yığılması baş verir. Bu zaman uşaqlıq kürә formasını alır, hәcmi böyüyür, yumşaq olur, çalxalanma hiss edilir. M ü a l i c ә s i: uşaqlıq boşluğuna toplanmış irin uşaqlıq boynunun genişlәndirmәsi yolu ilә kәnar edilir. X r o n i k i E.-dә bәdәn temp-ru normal, azselikli-irinli ifrazat olur, bel nahiyәsindә cüzi ağrılar hiss edilir. Bәzәn uşaqlığın yığılma funksiyasının pozulması ilә әla- qәdar aybaşı sikli menorragiya vә ya metrorragiya xarakteri alır. Uşaqlıq yolu ilә müayinә zamanı uşaqlığın böyümәsi vә ağrılı olması müşahidә olunur. Xroniki E.-in diaqnostikası çox çәtindir. Bunun üçün keçirilmiş kәskin E. mәlumatının olması, habelә uşaqlığın böyümәsi vә ağrılı olması, selikli-irinli ifrazatın aşkar edilmәsi vә aybaşı siklinin pozulması nәzәrә alınır. Xroniki E.-in m ü a l i c ә s i n d ә geniş tәsir spektrinә malik antibiotiklәr tәyin edilir. A ğ ı r l a ş m a s ı. E. vaxtında müalicә olunmazsa, infeksiyanın uşaqlıq borularına vә uşaqlığın daha dәrin qatlarına keçmәsi sonsuzluq vә ya sepsislә nәticәlәnә bilәr.