Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ENDOMETRİT

    ENDOMETRİT, h e y v a n l a r d a – balalığın selikli qişasının iltihabı. Gedişinә görә kәskin vә xroniki olur. Ekssudatın formasına görә kataral, kataral-irinli, fibrinozlu, nekzotik, qanqrenozlu növlәri var. Latent (gizli) xroniki E. forması da mövcuddur.

    E. doğum zamanı balalığın selikli qişasının zәdәlәnmәsi vә balalıq boynu vasitәsilә vә ya hematogen yolla oraya mikroorqanizmlәrin (stafilokokklar, streptokokklar, bağırsaq çöplәri vә s.) düşmәsi, ciftin lәngimәsi vә s. sәbәblәrdәn baş verir. Yüngül formalarda heyvanın ümumi vәziyyәtindә az dәyişiklik olur; ağır hallarda әzginlik, zәiflik, bәdәndә temp.-ur nәbz vә tәnәffüs tezliyinin artması, iştahasızlıq, hipotoniya vә atoniya, ishal baş verir. Heyvan zarıyır, belini әyir vә s. Xarici reproduktiv orqanlardan bulantılı ekssudat axır. M ü a l i c ә s i: xәstә heyvanlar quru, isti, işıqlı binaya köçürülmәli, yaxşı yem- lәnmәli vә qulluq. Balalıqdan ekssudat ifrazının qarşısını almaq, infeksiya ilә mübarizә mәqsәdilә tәdbirlәr görmәk. Balalığı isti kalium-permanqanat (1:100), furasilin (1:5000), ixtiol (3%-li) vә s. mәhlullarla yumaq. Sonra daxildәki mayeni bayıra çәkib çıxarmaq. Mikrob әleyhinә vasitәlәrdәn istifadә etmәk. P r o f i l a k t i k a s ı: k.t. heyvanlarını tamkeyfiyyәtli yemlә yemlәmәk, doğuma qәdәr vә doğumdan 2–3 gün sonra sistematik gәzintiyә çıxarmaq.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV