ƏKSLİK – ziddiyyәtin inkişaf pillәlәrindәn birini ifadә vә әks etdirәn kateqoriya. Ə.-lәr fәrq kimi xarici vә daxili ola bilәr. Ə. fәrqә nisbәtәn ziddiyyәtin daha inkişaf etmiş pillәsidir. Fәrqdә iki tәrәf yanaşı mövcud ola bildiyi halda, Ə.-dә onlar әsas etibarilә bir-birini inkar edir. Ə.-lәrin, әks tәrәflәrin vәhdәti bütün hadisәlәrin, proseslәrin, şeylәrin hәrәkәtverici qüvvәsi vә mәnbәyi olan ziddiyyәti yaradır.