Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ENDOMETRİOZ

    ENDOMETRİÓZ, e n d o m e t r i o m a – ginekoloji xәstәlik; müxtәlif orqanların struktur vә funksiyasına görә uşaqlığın selikli qişasına oxşar endometroid toxumalarda şişәbәnzәr böyümә ilә sәciyyәlәnir. 30–50 yaşında qadınlarda daha çox rast gәlinir. Xәstәliyin sәbәbi mәlum deyil, E.-un inkişaf mexanizmindә hormonların, hüceyrә fermentlәrinin, habelә gen mutasiyalarının rolu ehtimal edilir. Genital, yәni cinsiyyәt orqanları (daha çox uşaqlıq, yumurtalıq) hüdudunda vә ekstragenital, yәni cinsiyyәt sistemindәnkәnar (göbәk, aralıq, bağırsaq vә s.) E. ayırd edilir. Genital E.-un xarici vә daxili formaları olur. Xarici genital E.-a yumurtalıq vә çanaq peritonunun E.-u aiddir, daxili genital E.- da (adenomioz) uşaqlığın daxili selikli qişası uşaqlığın әzәlә qatına “girir”.

    Ә l a m ә t l ә r i: çanaqda ağrılar, aybaşı siklinin güclәnmәsi vә uzanması, cinsi әlaqә zamanı ağrılar (dispareuniya), son mәrhәlәdә nәcis vә ya sidik ifrazı zamanı ağrı, sonsuzluq, qanlı selik ifrazı (nadir hallarda).

    M ü a l i c ә s i: E. zamanı ağrı sindromu xәstәnin hәyat keyfiyyәtini aşağı saldığı üçün ağrının yüngüllәşdirilmәsi mәqsәdilә tәdbir görülmәlidir. Laparoskopik müalicә üsulu meydana çıxana qәdәr hormonal preparatlardan geniş istifadә olunurdu. Hazırda E.-un aradan qaldırılması üçün cәrrahi müalicәdәn daha çox istifadә olunur. Bu zaman bütün E. ocaqlarının (düyünlәrin) kәnar edilmәsi nәzәrdә tutulur. Yumurtalığın endometroid şişinin müalicәsi mәqsәdi ilә xәstә orqan tam total qaydada kәnarlaşdırılır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV