Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏKS-MƏDƏNİYYƏT

    ƏKS-MƏDƏNİYYƏT – özünü hakim ideologiyanın dәyәr vә normalarına, kütlәvi mәdәniyyәtә qarşı qoyan, ciddiyyәt, karyera vә maddi rifaha yönәlmiş hәyat tәrzinә alternativ axtarmağa cәhd göstәrәn, 20 әsrin 2-ci yarısına aid olan submәdәniyyәtlәrin ümumi adı. Ə.-lәrin ümumi cәhәtlәri “ümumi nonkorformizm”, qәbul olunmuş norma vә şәrtlәrә qarşı nümayişkaranә etiraz vә açıq çağırışlardır. Ə. ideologiyası vә tәcrübәsi ilk növbәdә tәlәbә mühitindә, hәmçinin marginal gәnclәrin müxtәlif qruplarında yayılmışdır. Bu ideologiyaya görә, Ə.-in meydana gәlmәsinin әsas sәbәbi Qәrb mәdәniyyәtinin mәnәvi böhranı, elmin, әnәnәvi dәyәr oriyentasiyalarının vә dinlәrin yeni nәslin tәlәblәrinә cavab verә bilmәmәsidir.

    Ə.-in meydana gәlmәsi 1950-ci illәrә aiddir (ABŞ-da bitniklәr, SSRİ-dә stilyaqalar). Ə. 1960-cı illәrin 2-ci yarısında әsasәn hippi hәrәkatı ilә inkişaf hәddinә çatmışdır. Termini 1960-cı illәrin Ə.-inә xas dünyagörüşü vә hәyat tәrzinin әsas cәhәtlәrini sistemlәşdirәn ABŞ tarixçisi vә sosioloqu T.Rozzak daxil etmişdir. İstәnilәn fәaliyyәti yaradıcı oyuna çevirmәyә cәhd göstәrәn hippi Ə.-i karnaval xarakteri daşıyırdı: onlar ofis işçilәrinin geyimlәrinә qarşı parlaq, yaxud qeyri-adi geyimlәri, ev hәyatına qarşı sәfilliyi, ailәyә qarşı “azad sevgi”ni, elmi dünya mәnzәrәsinә qarşı mistisizmi, әnәnәvi dini tәcrübәlәrә qarşı “şüuru inkişaf etdirәn” psixoaktiv maddәlәrin qәbulunu qoyurdular. Hippilәr tamamilә qeyri-әnәnәvi “alternativ dәb” yaratmaqla (1960-cı illәrin sonunda cinslәr, qısa әtәklәr, kişilәrdә uzun saç, rok-musiqi vә s. dәbә daxil edildi) digәr Ə.-lәrin meydana gәlmәsi üçün zәmin hazırladılar.

    Ə. ideologiyasının müfәssәl vә ardıcıl tәsviri J.Delöz, H.Markuze, T.Liri, ABŞ sosioloqları Ç.R.Mills, Ç.Reyç vә b.-nın әsәrlәrindә әksini tapmışdır. Onlar gәnclәr arasında Ə.-in yayılmasını “istehlak cәmiyyәti”nin repressiv texnokratik mәdәniyyәtinin böhranından çıxış kimi dәyәrlәndirirdilәr: şüurda inqilab insanlar arasında münasibәtlәrin rәqabәt vә istehlaka deyil, әmәkdaşlıq vә yaradıcılığa әsaslanan yeni tipinә gәtirib çıxarmalı idi. Bu ideologiya gәnclәr arasında kütlәvi hal almışdı. ABŞ-da tәlәbәlәr vә digәr gәnclәr küçәlәrә çıxaraq Vyetnam müharibәsinә vә silahlanmaya qarşı etiraz sәsini ucaldır, qadınların, cinsi azlıqların hüquqlarının müdafiәsini, marixuana vә s. psixoaktiv maddәlәrdәn istifadәnin qanunilәşdirilmәsini tәlәb edirdilәr. Onların yaratdığı sol radikal etiraz hәrәkatı bütün Qәrb dünyasını әhatә etmişdi (1968 ildә Parisdә tәlәbә hәrәkatı vә s.).

    1970-ci illәrdә Ə.-in siyasi formaları tәdricәn zәiflәyәrәk yerini bәdii tәzahürlәrә verdi. 1976 –77 illәrdә Ə.-in tәnәzzülü pank hәrәkatı ilә bağlı olan qısamüddәtli yüksәlişlә әvәzlәndi. B.Britaniyadan çıxan vә sürәtlә bütün dünyaya yayılan panklar mәdәniyyәtin qәbul olunmuş bütün formalarını tam şәkildә inkar etdi vә tәdricәn özünün 1960-cı illәr Ə.-inin ideallarına yaxın dәyәrlәrini formalaşdırdı.

    1960 –70-ci illәrdә Ə. çox sayda alternativ submәdәniyyәtlәr yaratdı: motosikletçi bandalar (baykerlәr, “Cәhәnnәm mәlәklәri”), müxtәlif inqilabi dәstәlәr vә terror tәşkilatları (ABŞ-da “Qara panterlәr” vә s.), bu vә ya digәr musiqi stilinә meyil edәn gәnclәr hәrәkatları (panklar, metallistlәr), ekstremist irqçi qruplaşmalar (mәs., skinxedlәr), dini hәrәkatlar (rastafariçilik, “Hare Krişna”), әtraf mühitin qorunması uğrunda mübarizә aparanlar (yaşıllar, antiqlobalistlәr).

    1980-ci illәrdә Ə.-dә böhran başladı: hippi icmaları dağıldı, yaxud formatını dәyişdi, Ə.-in tәsiri altında әmәk etikasının, cinslәr arasında münasibәtlәrin, insan şәxsiyyәti haqqında tәsәvvürlәrin yenidәn mәnalandırılması Ə.-in alternativ xarakterini itirmәsinә gәtirib çıxardı. Biznesin tәzyiqi altında Ə. ilә kütlәvi mәdәniyyәt arasında qarşıdurma itmәyә başladı.

    Keçmiş SSRİ-dә rәsmi sovet ideologiyasına, elәcә dә kütlәvi mәdәniyyәtә qarşı duran submәdәniyyәtlәr 1970-ci illәrdә rәsmәn qәbul olunmayan incәsәnәtlәr (musiqi, әdәbiyyat, rәssamlıq, anderqraund) әtrafında formalaşmışdı. 1970-ci illәrin sonu – 1990-cı illәrin ortalarında әn güclü Ə. hәrәkatı şәrti olaraq Sistem adlandırılan hәrәkat idi; burada müxtәlif alternativ submәdәniyyәtlәrin, xüsusilә hippi vә pank elementlәri birlәşmişdi. Ə. mәhsulları (1980-ci illәrin әvvәlindә “Akvarium” vә sonunda “Qrajdanskaya oborona” kimi anderqraund rok qrupların sәs yazıları, “Samizdat” nәşrlәri vә s.) әldәn-әlә yayılırdı. Avtostopla sәyahәt, skvotlarda (kiçik kommunalarda, adәtәn bir mәnzildә, atılmış çardaqlarda vә ya binalarda) yaşamaq Ə.-in “normativ” praktikası idi.

    Kulturologiyada vә sosial psixologiyada Ə. insanın eyniyyәtinin vә ictimai mövqeyinin sәrt әnәnә ilә müәyyәnlәşmәdiyi sürәtlә dәyişәn mәdәniyyәtdә alternativ sosiallaşma institutu kimi nәzәrdәn keçirilmişdir (E.Eriksonda Ə. “neqativ eyniyyәt”in tәzahürüdür). A.Maslouya görә, Ə. unifikasiya vә istehlak üzәrindә tәmәrküzlәşәn mәdәniyyәtdә tәmin olunmayan özünüreallaşdırma tәlәbatının tәzahürüdür.

    Hәmçinin bax Alternativ hәrәkatlar.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç