Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ENDOSKOPİYA

    ENDOSKOPÍYA (endo ... + ... skopiya) – xüsusi optik cihazların kömәyi ilә boşluqlu orqanların müayinәsi üsulu. E. diaqnostika mәqsәdi ilә (qastroskopiya, kolonoskopiya, bronxoskopiya vә s.), döş qәfәsi, qarın boşluğu, kiçik çanaq vә başbeyin әmәliyyatlarının aparılması, hәm dә müalicәsi zamanı geniş tәtbiq edilir. E. bir çox xәstәliklәrin, xüsusilә müxtәlif orqanların (mәdә, sidik kisәsi, ağ ciyәrlәr) onkoloji xәstәliklәrin erkәn mәrhәlәlәrdә aşkar olunması baxımından xüsusi rol oynayır. Endoskopik müayinә ilә әlaqәdar olaraq: bronxoskopiya – bronxlara, qastroskopiya – mәdәyә, histeroskopiya – uşaqlıq boşluğuna, kolenoskopiya – yoğun bağırsağın selikli qişasına, kolposkopiya – uşaqlıq yoluna, rektoromanoskopiya – düz bağırsağa vә S-әbәnzәr bağırsağın distal şöbәsinә, uretroskopiya – sidik kanalına, sistoskopiya – sidik kisәsinә, ezofaqoskopiya – qida borusuna, fistuloskopiya – daxili vә xarici fistullara, torakoskopiya – döş boşluğuna, kardioskopiya – ürәk boşluğuna, angioskopiya – damarlara, artroskopiya – oynaq boşluğuna, ventrikuloskopiya – beyin mәdәciklәrinә baxmaq üçündür. Endoskopik aparatların tәkmillәşdirilmәsi vә mikroskopik alәtlәrin yaradılması sahәsindә irәlilәyiş yeni növ operasiya texnikasının – endoskopik cәrrahlığın meydana çıxmasına sәbәb oldu. İçiboş orqan vә ya qarın boşluğunda әmәliyyat zamanı cәrrah öz işini müşahidә etmәk üçün endoskop vә elastik fibroaparata xüsusi alәt – manipulyator daxil edir. Hazırda endoskopik cәrrahlıq öd kisәsi xәstәliklәri, apendisit, limfa düyünlәri, şişlәrin kәnar edilmәsi, damarlarda sklerotik patoloji prosesin aradan qaldırılması, ürәyin işemik xәstәliklәri hallarında – şuntlamada, fәqәrәlәrarası lövhәlәrdәki yırtığın çıxarılması vә digәr böyük ölçülü әmәliyyatlar aparmağa imkan verir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV