Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ENDOSPERM

    ENDOSPÉRM (endo … + yun. σπéρμα – toxum) – bitki toxumunda rüşeymin inkişafı üçün zәruri qida maddәlәrinin toplandığı ehtiyat toxuması. Taxıllarda, badımcançiçәklilәrdә, çәtirçiçәklilәrdә vә bәzi başqa bitkilәrdә yaxşı inkişaf etmişdir. Çılpaqtoxumlularda vә çiçәkli bitkilәrin әksәriyyәtindә olur. Ç ı l p a q t o x u m l u l a r d a  E. meqasporun cücәrmәsi zamanı yumurtacıqda әmәlә gәlir vә haploid dәstli xromosomu olan ilk dişi cücәrti (qametofit) sayılır. Çılpaqtoxumlularda E.- in bәzi hüceyrәlәrindәn arxeqonilәr inkişaf edir. Ö r t ü l ü t o x u m l u l a r d a E. rüşeym kisәsinin nüvәsi ilә ikincili (diploid) sperminin birlәşmәsi nәticәsindә mayalanmadan sonra әmәlә gәlir. Bu halda E. hüceyrәlәri triploid olur. Hәr iki valideynin xromosom dәstlәrini özündә yerlәşdirәn E. fizioloji cәhәtdәn fәal, hәyat qabiliyyәtli qida toxumasına çevrilir. O tәkcә rüşeymi qidalandırmır, hәm dә onun böyümәsinә vә diferensiasiyasına sәbәb olur. E.-in nüvә, hüceyrә vә bazal tiplәri ayırd edilir. Nüvә tipli E.-dә hüceyrә arakәsmәlәri nüvәlәri әmәlә gәlәn anda yaranmır, hüceyrә tipli E.-dә hüceyrәarası arakәsmәlәr hәr nüvәnin bölünmәsi zamanı әmәlә gәlir vә bazal tipli E. birinci ilә ikincinin arasında yaranır. Çiçәkli bitkilәrin yetişmiş toxumlarının E.-i müxtәlif fәsilәlәrdә eyni deyildir. Mәs., taxıllarda, badımcançiçәklilәrdә, çәtirçiçәklilәrdә E. güclüdür; paxlalılarda, mürәk- kәbçiçәklilәrdә, gülçiçәklilәrdә vә b.-nda zәif inkişaf etmiş vә ehtiyat qida maddәlәri rüşeymin özündә, başlıca olaraq lәpәdә toplanır; sәhlәb fәsilәsinin bir çox nümayәndәlәrindә E. olmur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV