ENDOTRÓN (endo ... + …tron) – elektrovakuum cihazı; ümumi metal-keramik örtüyün daxilindә yerlәşәn generator lampasının triod vә ya tetrod elektrodlar sistemi xanasından (özәyindәn) vә rezona- torlar sistemindәn (adәtәn, koaksial) ibarәtdir. İfrat yüksәk tezliklәr diapazonunda elektrik rәqslәrinin güclәndirilmәsi vә generasiya edilmәsi üçün nәzәrdә tutulmuşdur; әsasәn radiolokasiya ötürücülәrindә tәtbiq olunur. Çıxış gücü fasilәsiz rejimdә yüzlәrlә kVt-adәk, impulslu rejimdә onlarla MVt-adәkdir.