Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏQİQ

    ƏQİQ [fr. agate, lat. achates, yun. ‘Aχάτης – Siciliya a.-nda qәdim Axates (indiki Dirillo) çayının adından] – mineral, xalsedonun naziklaylı növü. Nazik vә radial şüalı kvars törәmәlәrinin sıx gizli kristallik aqreqatlarından ibarәtdir. Müxtәlifçalarlı boz, tutqun-ağ, yaşıl, çәhrayı, göy, qara vә s. rәngli növlәri var. Ə.-lәr tәkcә rәng müxtәlifliyinә görә deyil, hәm dә aqreqatlarının morfologiyasına vә dekorativ xüsusiyyәtlәrinә, şәffaflıq dәrәcәsinә, başqa mineral möhtәvilәrinin xarakterinә görә dә fәrqlәnir. Bu xüsusiyyәtlәrin müxtәlif tәrkibdә uzlaşması Ə.-in bir sıra növ müxtәlifliklәrinin әmәlә gәlmәsinә sәbәb olur. Rәnginә görә ağ vә qarazolaqlı (oniks), tutqun ağ (far forovik), narıncı (serdolik), qırmızımtılqәhvәyi (sarder), әti-qırmızı (karneol), göyümtül-mavi (sapfirin); morfologiyasına görә qala (bürc) şәkilli, brekçiyalaşmış, nöqtәli, landşafttipli, gözlüklü, dendritli, mamırlı, oolitli vә s. növlәrini ayırırlar. Sәrtliyi 6–6,5; sıxlığı 2570–2580 kq/m3. Vulkanik proseslәrin son etaplarında әmәlә gәlir. Əsasәn andezit-bazalt vә riolit tәrkibli effuziv süxurların çatlarını vә boşluqlarını doldurur. Braziliya, Uruqvay, Hindistan, Çin, Erm., Gürc., Rusiya vә s.-dә yataqları var. Azәrb.-da Ə. yataqları Göy göl (Hacıkәnd, Todan, Yasamal), Gәdәbәy (Morul), Qazax (Yaradullu), Qubadlı (Eyvazlı) rnlarındadır. Zәrgәrlikdә mәmulat daşı vә yarımqiymәtli daş kimi işlәnilir. Yüksәk sәrtlikli vә sürtünmәyә davamlı olduğundan cihazqayırma vә dәqiq mexanikada istifadә edilir.

         Ягиг.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç