Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏQLİ MÜLKİYYƏT

    ƏQLİ MÜLKİYYƏT – әqli fәaliyyәtin yaradılması vә nәticәlәrindәn istifadә ilә bağlı münasibәtlәr sisteminin şәrti adı. Yaradıcılıqla bağlı münasibәtlәr yaradıcı fәaliyyәtin özü ilә birlikdә meydana gәlsә dә, uzun müddәt bu münasibәtlәr tәnzimlәnmәmişdir. Bununla belә, Qәdim Yunanıstanda әn mәşhur faciәlәrin üzünün köçürülmәsi vә tamaşaya qoyulması zamanı yaranan tәhriflәrin qarşısını almaq mәqsәdilә bu әsәrlәr xüsusi arxivdә saxlanılırdı. Qәdim Romada isә plagiat şәrәfsiz hәrәkәt hesab edilirdi. “Ə.m.” anlayışının yaranması müәllifin vә onun zәhmәtinin nәticәlәrindәn bәhrәlәnәnlәrin maraqlarını qorumaq zәrurәtinin ictimai dәrki dövrünә tәsadüf edir (15–18 әsrlәr). İlk ümumi mәcburi aktlar – texniki yeniliklәrә aid İnhisarlar haqqında statut (1623) vә Nәşr müәlliflәrinin hüquqları haqqında kraliça Annanın statutu (1710) İngiltәrәdә qәbul olunmuşdur. Ə.m. obyektinin ideal tәbiәti sәbәbindәn fәlsәfi vә hüquqi fikrin müxtәlif inkişaf mәrhәlәlәrindә “Ə.m.” anlayışı müxtәlif cür şәrh edilmişdir. İlkin olaraq Ə.m. hәrfi mәnada, әşya hüququ – mülkiyyәt hüququ kimi başa düşülürdü. Proprietar (lat. proprietas – mülkiyyәt) nәzәriyyә müәllifin, yaxud onun vәkalәt verdiyi şәxsin әqli fәaliyyәt nәticәsinin müqәddәratı üzәrin dә sәlahiyyәtini qәbul edirdi. Şәxsi hüquqlar nәzәriyyәsi şüur mәhsullarının yaradılması vә istifadәsi ilә bağlı münasibәtlәrin ya insanın tәbii hüququ, ya onun şәxsi inhisarı, yaxud da hakimiyyәt tәrәfindәn verilmiş imtiyaz olması müddәasını irәli sürür, hәtta onları ailә bağları ilә eynilәşdirirdi. Əqli (intellektual) hüquqlar nәzәriyyәsi әqli fәaliyyәt nәticәlәrinә olan hüquqları mülki hüquqların әnәnәvi tәsnifatından (әşya, şәxsi vә öhdәçilik) kәnara çıxan xüsusi növ hüquqlar kimi tanıyırdı. Ə.m. müasir anlamda “müәllif – onun әmәyindәn istifadә edәn – cәmiyyәt” münasibәtlәr sistemindәki mütlәq sәlahiyyәtlәrin mәcmusudur ki, bu da müәyyәn fәaliyyәtlәrin müstәsna şәkildә hәyata keçirilmә imkanından, yaxud әsassız varlanmanın qarşısını almaq vә tәqliddәn müdafiә mәqsәdilә üçüncü şәxslәr tәrәfindәn bu fәaliyyәtin hәyata keçirilmәsinә yol vermәmәkdәn ibarәtdir. Ümumdünya Əqli Mülkiyyәt Tәşkilatını (ÜƏMT) tәsis etmiş Konvensiyaya (1967) görә, bu anlayış әdәbi-bәdii, elmi vә incәsәnәt әsәrlәri; ifaçılıq fәaliyyәti, sәsyazma, tele-radio verilişlәri; insan fәaliyyәtinin bütün sahәlәrindәki ixtiralar; elmi kәşflәr; sәnaye nümunәlәri; әmtәә nişanları, xidmәti әsәrlәr; firma adları vә kommersiya işarәlәri; vicdansız rәqabәtdәn müdafiә ilә әlaqәdar hüquqları, elәcәdә istehsalat, elmi, әdәbi-bәdii sahәlәr dә әqli fәaliyyәtә aid bütün digәr hüquqları әhatә edir. Ə.m. sәnaye mülkiyyәtinә (ixtiralar vә istehsalata aid digәr әqli fәaliyyәt nәticәlәri) vә әdәbi-bәdii mülkiyyәtә ayrılır. “Ə.m.”, yaxud “intellektual mülkiyyәt” terminindәn dünyanın müxtәlif ölkәlәrindә müxtәlif mәnalarda istifadә olunur. Anqlsaks hüquq sisteminә malik ölkәlәr qeyri-maddi obyektә әşya-hüquq rejimi tәtbiq etmәyә meyillidir, spesifik mәnәvi hüquqları ayırmadan müәlliflik hüququ vә әlaqәli hüquqların yalnız әmlak aspektinә diqqәt yönәldir (özünәmәxsus monistik yanaşma), obyektin növündәn asılı olmayaraq bütün formallıqlara riayәt olunmasını tәlәb edir. Kontinental hüquq sisteminә malik ölkәlәr Ə.m.-in “qeyri-maddiliyi”ni әsas götürmәklә iki qrup – әmlak vә qeyri-әmlak (özgәninkilәşdirilmәyәn vә müddәtsiz) müәlliflik hüquqlarını fәrqlәndirir (özünәmәxsus dualistik yanaşma), әdәbi-bәdii, elmi vә digәr bu cür yaradıcılıq mәhsullarının müdafiәsini formallıqları yerinә yetirmәklә әlaqәlәndirmirlәr. Bütün yanaşmalarda ümumi cәhәtlәr aşağıdakılardır: intellektual yaradıcılığın obyektiv şәkildә olması tәlәbi, Ə.m.-in müstәqil iqtisadi dәyәr daşımasının qәbulu, qiymәtlәndirilmәnin mümkünlüyü, qanunla müәyyәnlәşmiş sәlahiyyәtlәrin zaman vә mәkanda mәhdudlaşdırılması, mühafizә predmetindәn asılı olaraq obyektlәrin tәsnifatı. “Ə.m.” termini beynәlxalq hüquq tәrәfindәn dә qәbul edilmişdir. İlkin dövrdә ölkәlәr Ə.m. hüquqlarının müәyyәn әraziyә bağlılığını aradan qaldırmaq üçün birlәşdilәr; bu mәrhәlәdә kontinental әnәnәlәrin tәsiri daha güclü idi (Sәnaye mülkiyyәtinin qorunması üzrә Paris konvensiyası, 1883; Ədәbi vә incәsәnәt әsәrlәrinin mühafizәsi haqqında Bern konvensiyası, 1886). Sonra bu sahәdә ya naşmaların unifikasiyası vә unversallaşdırılması (Müәlliflik hüququ haqqında Ümum dünya konvensiyası, 1952; İfaçıların, fonoqram istehsalçılarının vә yayım tәşkilatlarının hüquqlarının qorunması haqqında beynәlxalq konvensiya, 1961; Patent kooperasiyası haqqında müqavilә, 1970), daha sonra isә biliklәrin (mәlumatların) yaradılması, yayılması vә ötürülmәsinin stimullaşdırılması mәqsәdilә anqlosakson yanaşma üstünlük qazandı (Əqli mülkiyyәt hüquqlarının әmtәә aspektlәri haqqında saziş, 1994). Azәrb. Resp.-nın qanunvericiliyindә Ə.m. müәlliflik hüququ vә әlaqәli hüquqları, patent hüququnu, әmtәә nişanları vә coğrafi göstәricilәrin qorunması haqqında hüquqları vә digәr normativ hüquqi aktları birlәşdirәn anlayışdır. Ə.m. hüquqları Azәrb. Resp.-nın Konstitusiyası, “Müәlliflik hüququ vә әlaqәli hüquqlar haqqında” (1996), “Patent haqqında” (1997), “Əmtәә nişanları vә coğrafi göstәricilәr haqqında” (1998), “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” (2002), “Azәrbaycan folkloru nümunәlәrinin hüquqi qorunması haqqında” (2003), “Mәlumat toplularının hüquqi qorunması haqqında” (2004), “Əqli mülkiyyәt hüquqlarının tәminatı vә piratçılığa qarşı mübarizә haqqında” (2012) Azәrb. Resp.-nın qanunları ilә tәnzimlәnir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç