ENDRYUS (Andrews), Çarlz Maklin (22.2.1863 – 9.9.1943) – Amerika tarixçisi. 1907 –1910 illәrdә C. Hopkins un-tindә (Merilend ştatı) tarix müәllimi işlәmişdir, 1910 ildәn Yel Un-tinin (Konnektikut ştatı) professorudur. E. bir sıra ştatlarda tarix cәmiyyәtlәrinin prezidenti, Amerika incәsәnәt vә elm akademiyasının üzvü olmuşdur. “Amerika inqilabının müstәmlәkә mәnşәyi” (“The colonial background of the American revolution”, New Haven–L., 1924) vә “Amerika tarixinin müstәmlәkә dövrü” (“The colonial period of American history”, v. 1–4, New Haven–L., 1935–39) E.-un әsas tarixi әsәrlәridir. İmperiya mәktәbi cәrәyanın nümayәndәsi olan E. Şimali Amerikada İstiqlal müharibәsinin (1775–83) metropoliyaların “statik” sistemindә müstәmlәkәlәrin “dinamik” inkişafının nәticәsi olması fikrini irәli sürürdü. Bu mәsәlәdә E. Britaniya parlamenti ilә müstәmlәkә idarәlәri arasında olan ziddiyyәtlәri әsas götürürdü.