ƏQRƏB MİLÇƏKLƏR, ә q r ә b c i k l ә r (Mecoptera) – tam metamorfozla inkişaf edәn qәdim cücülәr dәstәsi. Bәdәninin uz. 3 sm-әdәk olur. Qanadları tordamarlı, yaxud tünd lәkәlidir. Başı dimdiyәbәnzәrdir, ağız aparatı gәmiricidir. Bәzilәrindә onları iki qanadlılara yaxınlaşdıran sorucu qidalanma tipinә keçid müşahidә olunur. Qazıntı qalıqları Permdәn mәlumdur. Qarıncığın son buğumu әqrәb qarıncığının son buğumuna bәnzәyir. Pupu sәrbәstdir. 470-әdәk növü mәlumdur; hәr yerdә az sayda qalmışdır. Azәrb.-da yayılan 4 növdәn 3-ü Lәnkәran zonasının dağәtәklәri üçün sәciyyәvidir. Əsl Ə.m. (Panorpidae fәsilәsi) ölücücülәrlә qidalanır; sürfәlәri tırtıla bәnzәyir, lakin 8 cüt qarıncıq ayağı var; saprofaq vә cәmdәk yeyәndirlәr: 4-cü növ Bittakilәr (Bitta cidae fәsilәsi) uzunayaqlılara oxşayır, lakin 2 cüt qanadı var. Azәrb.-nın dağlıq-meşә zonalarında tәk-tәk rast gәlinir. Ə.m. bitki vә heyvan qalıqları, tozcuq vә nektarla qidalanır. İldә bir nәsil verir. Yumurtasını torpağa, çürüyәn ağaclara, döşәmәyә qoyur. Sürfәlәri az hәrәkәtlidir. Puplaşma torpaqda gedir. Ən çox yayılan nümayәndәlәri buzlucalar (Boreus) bittakilәr (Bittacidae) vә әqrәbciklәrdir (Panorpa).
Ягряб милчяк (Panorpa communis).