Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ENERJİ

    materiyanın bütün növlәrinin hәrәkәt vә qarşılıqlı tәsirinin ümumi kәmiyyәt ölçüsü. E. heç nәdәn yaranmır vә itmir, o, yalnız bir şәkildәn başqa şәklә keçә bilir (bax Enerjinin saxlanması qanunu). E. anlayışı tәbiәtin bütün hadisәlәrini bir-biri ilә әlaqәlәndirir.

    Materiyanın müxtәlif hәrәkәt növlәrinә uyğun olaraq E.-nin dә müxtәlif növlәri var: mexaniki, daxili, elektromaqnit, kimyәvi, nüvә E.-si vә b. Bu bölgü müәyyәn dәrәcәdә şәrtidir. Mәs., kimyәvi E. elektronların hәrәkәtinin kinetik enerjisi vә onların bir-biri ilә vә atom nüvәlәri ilә qarşılıqlı tәsirlәrinin elektrik E.-nin cәmindәn ibarәtdir. Daxili E. molekulların cismin kütlә mәrkәzinә nәzәrәn xaotik hәrәkәtinin kinetik E.-si vә onların bir-biri ilә qarşılıqlı tәsirlәrinin potensial enerjisinin cәminә bәrabәrdir. E. sistemi bu sistemi xarakterizә edәn parametrlәrdәn bir qiymәtli asılıdır.  Bütöv (kәsilmәz) mühit vә ya sahә halında E. sıxlığı (vahid hәcmdәki E.) vә E. seli sıxlığı (E. sıxlığının onun yerdәyişmә sürәtinә hasili) anlayışları daxil edilir.
    Nisbilik nәzәriyyәsi göstәrdi ki, cismin E.-si onun kütlәsi ilә qırılmaz surәtdә bağlıdır: ℰ = mc2. İstәnilәn cism E.-yә malikdir. Sükunәtdә olan cismin kütlәsi m0 olarsa, onun sükunәt E.-si ℰ0= m0c2. Zәrrәciklәrin çevrilmәsi (parçalanmalar, nüvә reaksiyaları vә s.) zamanı bu E. başqa növ E.- lәrә keçә bilәr.
    Klassik fizikaya әsasәn istәnilәn sistemin E.-si fasilәsiz dәyişir vә istәnilәn qiymәti ala bilir. Kvant nәzәriyyәsi iddia edir ki, fәzanın mәhdud hәcmindә hәrәkәt edәn mikrozәrrәciklәrin (mәs., atomda elektronların) E.-si diskret qiymәtlәr alır. Mәs., atomlar elektromaqnit E.-sini diskret porsiyalar, yәni işıq kvantları, yaxud fotonlar şәklindә buraxır.
    E. işin ölçüldüyü vahidlәrlә ölçülür: SQS sistemindә erqlәrlә, Sİ-dә coullarla; atom vә nüvә fizikasında, o cümlәdәn elementar zәrrәciklәr fizikasında adәtәn sistemdәnkәnar vahid – elektronvolt işlәdilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV