fiziki sistemlәrdә nizamlı prosesin enerjisinin (mәs., elektrik enerjisinin) bir hissәsinin nizamsız prosesin enerjisinә – son nәticәdә istiliyә (mәs., Coul istiliyinә) keçmәsi. Mexaniki sistemlәrdә onun mexaniki enerjisinin bir hissәsinin digәr növ enerjiyә (mәs., istiliyә) keçmәsi müqavimәt qüvvәsinin mövcudluğu hesabına olur. A t m o s f e r d ә külәyin kinetik enerji sinin bir hissәsinin istiliyә keçmәsi daxili sürtünmәnin tәsiri altında baş verir (bax Dissipativ sistem). E.d.-na görә qızmar Kainatda maddәnin qazı sıx obyektlәri (ulduzları, planetlәri) әmәlә gәtirir.