tәbiәtin әn fundamental qanunlarından biri; bu qanuna görә izolәedilmiş maddi sistemin daxilindә gedәn bütün proseslәrdә sistemin tam enerjisi sabit qalır vә o, yalnız bir şәkildәn başqa şәklә çevrilir. Sistem xarici mühitlә әlaqәdәdirsә, onun enerjisinin artması (azalması) sistemlә qarşılıqlı tәsirdә olan xarici sis -
temlәrin vә sahәlәrin enerjisinin azalmasına (artmasına) bәrabәrdir. Enerji sistemin halının birqiymәtli funksiyasıdır. Bu sәbәbdәn sistemin bir haldan başqa hala keçmәsi zamanı enerjinin dәyişmәsi keçidin hansı üsulla (hansı qarşılıqlı tәsirlәr nәticәsindә) olmasından asılı deyil. Sistemdә enerjinin dәyişmәsi işin görülmәsi vә sistemә müәyyәn miqdarda istiliyin verilmәsi zamanı baş verir.
Enerjinin saxlanması zamanın bir cinsliyi ilә bağlıdır (yәni bütün zamananları ekvivalentdir vә fiziki qanunlar zamandan asılı olaraq dәyişmir, bax Simmetriya f i z i k a d a). Mexaniki E.s.q. Q. Leybnits (1686), qeyri-mexaniki hadisәlәr üçün isә E.s.q. Y.R. Mayer (1845), C.P. Coul (1843–50) vә G.L. Helmholts (1847) tәrәfindәn müәyyәn edilmişdir. Termodinamikada E.s.q. termodinamikanın birinci qanunu adlanır.
A. Eynşteynin xüsusi nisbilik nәzәriyyәsi (1905) yaranana qәdәr kütlәnin vә E.s.q.-ları iki müstәqil qanun kimi mövcud idi. Nisbilik nәzәriyyәsindә onlar E.s.q.-n-da birlәşdirildi (bax hәmçinin Saxlanma qanunları).