ENESİDÉM (Αἰνησίδημος) (e.ә. 1 әsr) – qәdim yunan filosofu, skeptik; Pirronun davamçısı. Platon Akademiyası Askalonlu Antioxun şәxsindә skeptisizmdәn uzaqlaşandan sonra skeptiklәrin fәlsәfә mәktәbini (Pirron әnәnәsini) bәrpa etmişdir. Dәqiq biliyin mümkünlüyü әleyhinә on arqumenti – skeptik mәcazları formulә etmişdir (bax Skeptisizm). Dövrümüzәdәk gәlib çatmamış “Pirrona müqәddimә” vә ayrı-ayrı hissәlәri saxlanılan “Pirronun nitqi” әsәrlәrinin müәllifidir.